Yuxarı

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək

Avropa nəhəngləri bu gün və sabah keçiriləcək qrupun I turunun qarşılaşmalarında ilk xal uğrunda mübarizə aparacaqlar

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2016/17 mövsümünün qrup mərhələsinin oyunlarına start veriləcək. 

“Report”un məlumatına görə, Avropa nəhəngləri bu gün və sabah keçiriləcək qrupun I turunun qarşılaşmalarında ilk xallarını qazanmaq üçün mübarizə aparacaqlar.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Beşiktaş” mübarizəyə səfərdə başlayacaq. Şenol Günəşin komandası bu gecə Lissabonda yerli "Benfika”nın qonağı olacaq.

Sabah da maraqlı oyunlarla yadda qalacaq. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu yetirməsi olduğu "Sportinq”ə qarşı oynayacaq. İngiltərə çempionu "Lester” Avropanın ən nüfuzlu klub turnirində debüt edəcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

13 sentyabr

A qrupu

"Bazel” (İsveçrə) – "Ludoqorets” (Bolqarıstan)

PSJ (Fransa) – "Arsenal” (İngiltərə)

B qrupu

"Benfika” (Portuqaliya) – "Beşiktaş” (Türkiyə)

"Dinamo” (Kiyev, Ukrayna) – "Napoli” (İtaliya)

C qrupu

"Barselona” (İspaniya) – "Seltik” (Şotlandiya)

"Mançester Siti” (İngiltərə) – "Borussiya” (Mönhenqladbax, Almaniya)

D qrupu

"Bavariya” (Almaniya) – "Rostov” (Rusiya)

PSV (Hollandiya) – "Atletiko Madrid” (İspaniya)

14 sentyabr

E qrupu

"Bayer” (Almaniya) – MOİK (Moskva, Rusiya)

"Tottenhem” (İngiltərə) – "Monako” (Fransa)

F qrupu

"Legiya” (Polşa) – "Borussiya” (Dortmund, Almaniya)

"Real Madrid” (İspaniya) – "Sportinq” (Portuqaliya)

G qrupu

"Brügge” (Belçika) – "Lester” (İngiltərə)

"Porto” (Portuqaliya) – "Kopenhagen” (Danimarka)

H qrupu

"Yuventus” (İtaliya) – "Sevilya” (İspaniya)

"Lion” (Fransa) – "Dinamo” (Zaqreb, Xorvatiya)

ÇL-də cari mövsümün qrup mərhələsinin oyunlarının digər tarixləri aşağıdakı kimidir:

2-ci tur (27-28 sentyabr)

3-cü tur (18-19 oktyabr)

4-cü tur (1-2 noyabr)

5-ci tur (22-23 noyabr)

6-cı tur (6-7 dekabr)

Qrup yarışlarını ilk iki sırada bitirən komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. 3-cü yerin sahibləri isə Avropa Liqasında mübarizəyə qoşulacaqlar.

Pley-off mərhələsinin oyunların təqvimi isə belədir:

1/8 final mərhələsi

İlk oyunlar (14-15 fevral, 21-22 fevral)

Cavab matçları (7-8 mart,14-15 mart)

1/4 final mərhələsi

İlk oyunlar (11-12 aprel)

Cavab matçları (18-19 aprel)

Yarımfinal mərhələsi

İlk oyunlar (2-3 may)

Cavab matçları (9-10 may)

Final matçı 2017-ci ilin iyunun 3-də Uelsin Kardiff şəhərində məşhur "Millenium” stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi