Yuxarı

Bu gün start veriləcək futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsində 5 qarşılaşma baş tutacaq

Bu gün start veriləcək futbol üzrə Çempionlar Liqasının "pley-off" mərhələsində 5 qarşılaşma baş tutacaq
Dörd oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün keçiriləcək 5 oyunla futbol üzrə Çempionlar Liqasında "pley-off" mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, açılış matçında Azərbaycan təmsilçisi "Qarabağ" Danimarka "Kopenhagen"ini qəbul edəcək. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq. Qalan 4 oyunun start fiti isə Bakı vaxtı ilə saat 22:45-də çalınacaq:

"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya)

Lissabon, "Joze Alvelade" stadionu

"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə)

Sinshaym, "Rayn-Nekkar Arena"

"Yanq Boyz" (İsveçrə) - MOİK (Moskva, Rusiya)

Bern, "Stad de Suiss"

APOEL (Kipr) - "Slaviya" (Praqa, Çexiya)

Nikosiya, GSP stadionu

Daha 5 qarşılaşma ikinci oyun gününə təsadüf edəcək:

"Napoli" (İtaliya) - "Nitsa" (Fransa)

Neapol, "San-Paolo" stadionu

"Başakşehir" (Türkiyə) - "Sevilya" (İspaniya)

İstanbul, Fatih Terim stadionu

"Hapoel" (Beer-Şeva, İsrail) - "Maribor" (Sloveniya)

Beer-Şeva, "Turner" stadionu

"Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)

Qlazqo, "Seltik Park"

"Olimpiakos" (Yunanıstan) - "Riyeka" (Xorvatiya)

Pirey, Georgios Karaiskakis stadionu

Bu görüşlər də saat 22:45-də başlanacaq.

Qeyd edək ki, cavab oyunları 22-23 avqustda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi