Bu gün "Qəbələ" və "İnter" Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək

Bu gün "Qəbələ" və "İnter" Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək Hər iki oyun Bakıda keçiriləcək
Futbol
23 İyul , 2015 11:15
Bu gün Qəbələ və İnter Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşlərini keçirəcək

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın iki klubu Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, "İnter" İslandiyanın "Hafnarfyördur", "Qəbələ" isə Serbiyanın "Çukariçki" komandasını qəbul edəcək. 

Bakıda keçiriləcək hər iki matç saat 21:00-da başlanacaq. "Qəbələ" doğma arenası cəzalandırıldığı üçün "Bakcell Arena"da, "İnter" isə "İnter Arena"da çıxış edəcək. 

Bu komandalar ilk oyunda fərqli nəticələrə imza atıblar. "Qəbələ" 0:1 hesabı ilə uduzduğundan, cavab qarşılaşmasında ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Bu isə elə də asan başa gəlməyəcək. Müdafiəçi Vitali Vernidubla yarımmüdafiəçi George Floresku sarı vərəqə limitini keçdiklərindən, meydana çıxmayacaqlar. Hücumçulardan Dodo xəstələnib, Aleksey Antonov isə son məşqlərdən birində zədələnib. Hər iki oyunçunun bugünkü qarşılaşmada iştirakı sual altındadır. Bununla belə, baş məşqçi Roman Qriqorçuk işi əlavə vaxt və ya penaltilərə saxlamadan ən azı 3 qolla mərhələ adlamağa çalışacaqlarını bildirib.

Səfərdən 2:1 hesablı qələbə ilə dönən "İnter"ə isə heç-heçə də kifayət edir.  Amma baş məşqçi Zaur Svanadze müdafiəyə oturmayacaqlarını və ilk matçdakı kimi çıxış edərək, mərhələ adlamağa çalışacaqlarını açıqlayıb. 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab görüşləri

21:00. "Qəbələ" (AZƏRBAYCAN) - "Çukariçki" (Serbiya)

Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

21:00. "İnter" (Bakı, AZƏRBAYCAN) - "Hafnarfyördur" (İslandiya)

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Artur Qaydels (Litva).

Son xəbərlər

Orphus sistemi