Bu gün “Qəbələ” komandası Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək

Bu gün “Qəbələ” komandası Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək “Bakcell Arena”da baş tutacaq oyun həlledici xarakter daşıyır
Futbol
3 Avqust , 2017 07:00
Bu gün “Qəbələ” komandası Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün “Qəbələ” komandası Avropa Liqasında növbəti oyununa çıxacaq.

“Report”un məlumatına görə, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Yunanıstan təmsilçisi “Panatinaikos”u qəbul edəcək.

Bakıda “Bakcell Arena”da baş tutacaq görüş həlledici xarakter daşıyır. Səfərdə afinalılara 0:1 hesabı ilə uduzan “Qəbələ” pley-off mərhələsinə vəsiqə qazanmaqdan ötrü mütləq qalib gəlməlidir. Üstəlik, “qırmızı-qaralar” üçün qapılarını toxunulmaz saxlmaq da önəmlidir. Rəqib paytaxtda fərqlənərsə, qəbələlilər üçün iki top fərqi ilə qələbə qazanmaq zərurəti yaranacaq.

Qeyd edək ki, “Qəbələ” 2 il əvvəl Avropa Liqasının pley off mərhələsində “Panatinaikos”u səfər qolları (0:0,2:2) hesabına mübarizədən kənarlaşdırıb.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson

Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn

Dördüncü hakim: Kevin Friend (hakimlər briqadası İngiltərədəndir)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)

Bakı. “Bakcell Arena”

İlk oyun – 0:1

Son xəbərlər

Orphus sistemi