Bu gün "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək

Bu gün "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək Meydan sahibləri minimal hesabla qalib gəlsələr liderliyə yüksələcəklər
Futbol
22 Oktyabr , 2017 06:58
Bu gün Qəbələ çempionatın lideri Qarabağı qəbul edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Qəbələ" çempionatın lideri "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü FİFA referisi Ömər Paşayev idarə edəcək.

Meydan sahibləri hətta minimal hesabla qalib gəlsələr, "Qarabağ"la şəxsi oyunlarda üstünlük əldə edərək, liderliyə yüksələcəklər.

"Qarabağ" qalib gəlsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 4-ə çatdıracaq. Üstəlik, bu komandasının "Səbail"lə təxirə salınmış oyunu da var. "Qarabağ" və "Qəbələ"nin ilk dövrədə "Azərsun Arena"da keçirilmiş görüşündə "Qarabağ" 2:1 hesabı ilə qalib gəlib.

Topaz Premyer Liqası, IX tur

22 oktyabr

18:30. "Qarabağ" - "Qəbələ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov

Hakim-inspektor: Əli Hüseynov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Son xəbərlər

Orphus sistemi