Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək

Bu gün "Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək Ağdam klubu evdə oynadığı halda, "Qəbələ" səfər sınağına çıxacaq
Futbol
1 Oktyabr , 2015 08:06
Bu gün Qarabağ və Qəbələ Avroliqada növbəti görüşlərini keçirəcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ" və "Qəbələ" növbəti oyunlarını keçirəcək.

"Report"un məlumatına görə, ağdamlılar doğma azarkeşlər önündə Belçikanın "Anderlext" klubunu qəbul edəcək.

İlk turda İngiltərədə "Tottenhem Hotspur"a 1:3 hesabı ilə məğlub olan "Qarabağ" yeni qrup mərhələsində ilk ev oyununa çıxacaq. Klub qələbə qazanacağı təqdirdə qrup ikincisi olacaq. Təbii ki, burada "Monako" (Fransa) və "Tottenhem" komandalarının görüşü də əhəmiyyət kəsb edir. Fransa təmsilçisi qalib gələcəyi təqdirdə "Qarabağ" 3-cü, London klubu 3 xal qazanacağı və oyun heç-heçə bitəcəyi təqdirdə isə 2-ci pilləyə yüksələcək.

Qarşılaşmanı avstriyalı hakim Oliver Draxta idarə edəcək.

"Qəbələ" isə səfərdə Rusiya "Krasnodar"ı ilə üz-üzə gələcək. Qarşılaşma eyniadlı şəhərdə yerləşən Kuban stadionunda keçiriləcək. Bu görüş Roman Qriqorçukun rəhbərlik etdiyi komanda üçün tarixi əhəmiyyət daşıyır. İlk dəfə Avropa Liqasında mübarizə aparan "Qəbələ" elə ilk qələbəsini də tarixə keçirə bilər.

Qarşılaşmanı polşalı hakim Martsin Borski idarə edəcək.

İlk turda "Krasnodar Almaniyada Dortmund "Borussiya"sına uduzub - 1:2. "Qəbələ" isə Bakıda Yunanıstan PAOK-u ilə qolsuz bərabərliklə barışıb.

Avropa Liqası, qrup mərhələsi, II tur

22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)

Baş hakim: Oliver Draxta

Baş hakimin köməkçiləri: Roland Brandner, Ştefan Kuehr

Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer

Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)

Hakim-inspektor Darko Ceferin (Sloveniya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


00:05. "Krasnodar" (Rusiya) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Martin Borski

Yan xətt hakimləri: Rafal Rostkovski, Martsin Bonyek

Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda

Dördüncü hakim: Krjıştov Mırmus

Hakim-inspektor: Elmir Pılav (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Sergey İlıx (Belarus)

Krasnodar, "Kuban" stadionu

Son xəbərlər

Orphus sistemi