Bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək Pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək
Futbol
4 Avqust , 2017 06:05
Bu gün Qarabağın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu "Qarabağ" komandasının da rəqibi müəyyənləşəcək.

Artıq "səpələnməmişlər səbəti"ndə yer alan Ağdam təmsilçisinin 5 potensial rəqibi bəllidir. Bunlar "Maribor" (Sloveniya), "Kopenhagen" (Danimarka), "Seltik" (Şotlandiya), APOEL (Kipr) və "Olimpiakos" (Yunanıstan) klublarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 15-16, cavab matçları isə 22-23 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi