Yuxarı

​Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə qoşulur

Rəqib Monteneqronun Rudar klubudur

Bakı. 15 İyul. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan çempionu "Qarabağ" Avrokuboklarda mübarizəyə qoşulacaq.

"Report" xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Monteneqronun "Rudar" klubunu qonaq edəcək.

Matç saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu Rumıniyadan olan Sebastyan Kolteskunun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi