Bu gün Premyer Liqada "Kəpəz" və "Qarabağ" üz-üzə gələcək

Bu gün Premyer Liqada "Kəpəz" və "Qarabağ" üz-üzə gələcək Günün digər görüşündə "Zirə" "Neftçi" ilə gücünü sınayacaq
Futbol
5 Noyabr , 2017 07:10
Bu gün Premyer Liqada Kəpəz və Qarabağ üz-üzə gələcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün keçiriləcək daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə əvvəlcə "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcəklər.

Gəncə şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək. 9 turdan sonra "Qarabağ" 22 xalla 1-ci, 10 oyundan 8 xal toplayan "Kəpəz" 8-ci pillədə qərarlaşıb.

Komandalar indiyədək 46 dəfə üz-üzə gəlib. 14 matçda Gəncə, 23 görüşdə Ağdam komandası qələbə qazanıbsa, 9 qarşılaşmada qalib müəyyənləşməyib.

Topların nisbətində də "Qarabağ" öndədir - 63:54. Son 4 oyunda Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv qalib gəlib. Ümumilikdə "Kəpəz" 21 oyundur qələbə qazanmır.

Günün digər görüşündə "Zirə" "Neftçi"ni sınağa çəkəcək. 10 turdan sonra "Zirə"nin 21, "Neftçi"nin 13 xalı var. Bu, iki komanda arasında yubiley - 10-cu oyun olacaq. Əvvəlki 9 matçın 7-də "Zirə" qalib gəlibsə, 2 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbəti 13:3-dür.

Son 5 qarşılaşmada “Zirə” qələbə qazanıb. Beləliklə, "Neftçi" meydana rəqibi üzərində ilk, Premyer Liqada isə ardıcıl 5-ci qələbə üçün çıxacaq. Buna nail olacağı halda, flaqman yenidən 4-cü pilləyə yüksələcək.

Azərbaycan Premyer Liqası, XI tur

5 noyabr (bazar)

15:00. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

17:00. "Zirə" – "Neftçi"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Səbail"i, "Sumqayıt" "İnter"i eyni hesabla yenib - 3:1.

Son xəbərlər

Orphus sistemi