Bu gün "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək

Bu gün "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək Meydan sahiblərinə mütləq qələbə lazımdır
Futbol
19 Fevral , 2015 09:51
Bu gün Neftçi və Qarabağ komandaları üz-üzə gələcək

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, 4 qarşılaşma arasında daha çox "Neftçi" - "Qarabağ" matçı diqqət mərkəzində olacaq. 

Hazırda Ağdam komandası 19 oyundan 43 xalla liderdir. Paytaxt təmsilçisi isə 33 xalla 3-cü pillədə qərarlaşıb. 10 xallıq fərqi aradan qaldırmaq üçün "Neftçi" əzəli rəqibinə mütləq qalib gəlməlidir. Əks halda, "Qarabağ" çempionluq yolunda önəmli addım atacaq. İkinci pillədəki "İnter" paytaxt derbisində AZAL-a uduzsa və baş məşqçi Qurban Qurbanovun komandası qalib gəlsə, lider ən yaxın izləyicisi ilə də xal fərqini 10-a çatdıracaq. 

Digər tərəfdən, belə nəticələrin qeydə alınacağı təqdirdə, 20 oyundan 28 xalla 4-cü pillədə olan "Simurq" ilk "3-lüy"ə xeyli yaxınlaşmaq imkanı əldə edəcək. Bunun üçün Zaqatala təmsilçisi evdə "Sumqayıt"ı yenməyi bacarmalıdır. Mövsümün ikinci yarısına uğursuz başlayan "Qəbələ" və "Xəzər Lənkəran" komandaları arasındakı görüşün nəticəsi də turnir cədvəlində mövqe dəyişikliyi baxımından əhəmiyyətlidir. 

Qeyd edək ki, "Neftçi" və "Qarabağ" son illər Premyer Liqanın ən sabit çıxış edən komandalarındandır. Hər iki komanda Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacarıb.  

19 fevral (cümə axşamı)

15:00. AZAL (Bakı) – "İnter” (Bakı)

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov

"AZAL Arena”


17:00. "Qəbələ” – "Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev

Qəbələ şəhər stadionu


17:00. "Simurq” – "Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov

Zaqatala şəhər stadionu


19:00. "Neftçi” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

"Bakcell Arena” 

Son xəbərlər

Orphus sistemi