Bu gün III turun son oyunları keçiriləcək - CƏDVƏL

Bu gün III turun son oyunları keçiriləcək - CƏDVƏL İngiltərə Sloveniya yığmasının qonağı olacaq
Futbol
11 Oktyabr , 2016 08:00
Bu gün III turun son oyunları keçiriləcək - CƏDVƏL

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin III turunun son oyunları keçiriləcək. "Report"un məlumatına görə, son oyun günündə 9 qarşılaşma keçiriləcək.

Azərbaycan millisinin yer aldığı C qrupunda lider Almaniya evdə Şimali İrlandiyanı sınağa çəkəcək. Meydan sahiblərinin qələbə qazanması millimiz üçün də sərfəli nəticədir. Belə olan halda Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Çexiya ilə səfər oyununun nəticəsindən asılı olmayaraq qrupun ikinci pilləsində qalacaq. Aktivində xal olmayan Norveç yığması isə eyni aqibəti yaşayan San Marinonu qəbul edəcək.

E qrupunda da azarkeşlər maraqlı oyunların şahidi olacaq. 4 xalla qrupa liderlik edən Monteneqro yığması bir xal geridə olan Danimarkanın qonağı olacaq. Liderlə xalı eyni olan Rumıniya aktivində bir heç-heçəsi olan Qazaxıstanın qonağı olacaq. Daha bir 4 xal yığmış komanda - Polşa isə evdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək. C qrupundan fərqli olaraq, bu qrupdakı oyunların nəticələri lideri dəyişə bilər.

F qrupunda da lideri müəyyənləşdirəcək qarşılaşma baş tutacaq. 6 xalla liderlik pilləsində qərarlaşan İngiltərə 2 xal gerisində olan Sloveniya yığmasının qonağı olacaq. İngiltərənin mövqeyini qorumaq şansı daha çoxdursa, meydan sahibləri bunun üçün mütləq qələbə qazanmalıdır. Slovakiyanın qonağı olacaq Şotlandiya yığması isə qələbə qazanacağı təqdirdə ən azı ikinci pillədəki yerində möhkəmlənəcək. Litva isə Maltanın qonağı olacaq.

Dünya çempionatı, seçmə qrup mərhələsi

11 oktyabr

C qrupu

22:45. Çexiya - Azərbaycan

22:45. Almaniya - Şimali İrlandiya

22:45. Norveç - San Marino

Xal durumu: Almaniya - 6. Azərbaycan - 6. Şimali İrlandiya - 4. Çexiya - 1. Norveç - 0. San Marino - 0.

E qrupu

20:00. Qazaxıstan - Rumıniya

22:45. Danimarka - Monteneqro

22:45. Polşa - Ermənistan

Xal durumu: Monteneqro - 4. Rumıniya - 4. Polşa - 4. Danimarka - 3. Qazaxıstan - 1. Ermənistan - 0.

F qrupu

22:45. Slovakiya - Şotlandiya

22:45. Sloveniya - İngiltərə

22:45. Litva - Malta

Xal durumu: İngiltərə - 6. Şotlandiya - 4. Sloveniya - 4. Litva - 2. Slovakiya - 0. Malta - 0.

Son xəbərlər

Orphus sistemi