Bu gün futbol üzrə DÇ-2018-in seçmə qrup oyunları keçiriləcək

Bu gün futbol üzrə DÇ-2018-in seçmə qrup oyunları keçiriləcək Gecənin maraqlı görüşlərindən biri "A" qrupunda olacaq
Futbol
11 Noyabr , 2016 07:46
Bu gün futbol üzrə DÇ-2018-in seçmə qrup oyunları keçiriləcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində bu gün IV tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.

Gecənin maraqlı görüşlərindən biri "A" qrupunda olacaq. Hərəyə 7 xalla qrup liderliyini bölüşən Fransa və İsveç yığmaları Sent-Denis şəhərindəki "Stad de Frans"da üz-üzə gələcəklər. Qalib gələn komanda qrup liderliyində möhkəmlənəcək.

Azərbaycan millisinin yer aldığı "C" qrupunda 3 oyun keçiriləcək. Milli komanda səfərdə Şimali İrlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda qələbə və heç-heçə sayəsində hazırda olduğu ikinci pilləni qoruyacaq. Qrupun digər vacib görüşündə Çexiya Norveç yığmasını qəbul edəcək. Qələbə qazanan komanda qrupda irəliləmək şansı qazanacaq. Qrupun digər oyununda isə lider Almaniya aktivində xal olmayan San-Marino yığmasının qonağı olacaq.

"E" qrupunun mərkəzi görüşündə Rumıniya yığması Polşanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə lider Monteneqronun Ermənistan səfərindəki nəticəsindən asılı olaraq birinci pilləyə də yüksələ bilər. Məğlubiyyət və heç-heçə isə polşalıların xeyrinə olacaq.

Digər oyunlar isə "F" qrupunda keçiriləcək.

Dünya çempionatı, seçmə qrup mərhələsi, IV tur

11 noyabr

A qrupu

23:45. Fransa - İsveç

Xal durumu: Fransa - 7. İsveç - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Luksemburq - 1.

C qrupu

23:45. Şimali İrlandiya - Azərbaycan

23:45. San Marino - Almaniya

23:45. Çexiya - Norveç

Xal durumu: Almaniya - 9. Azərbaycan - 7. Şimali İrlandiya - 4. Norveç - 3. Çexiya - 2. San-Marino - 0.

E qrupu

23:45. Danimarka - Qazaxıstan

23:45. Rumıniya - Polşa

23:45. Ermənistan - Monteneqro

Xal durumu: Monteneqro - 7. Polşa - 7. Rumıniya - 5. Danimarka - 3. Qazaxıstan - 2. Ermənistan - 0.

F qrupu

23:45. Malta - Sloveniya

23:45. Slovakiya - Litva

23:45. İngiltərə - Şotlandiya

Xal durumu: İngiltərə - 7. Litva - 5. Sloveniya - 5. Şotlandiya - 4. Slovakiya - 3. Malta - 0.

Qeyd edək ki, digər oyunlar 12-13 noyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi