Yuxarı

"Qarabağ"ın Çempionlar Liqasında, "Qəbələ", "İnter" və "Neftçi"nin Avropa Liqasının ilk iki mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

Azərbaycan çempionu ilk görüşünü evdə, Avroliqadakı təmsilçilər səfərdə keçirəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən "Dinamo" (Gürcüstan) - "Qəbələ" cütünün qalibinin bəxtinə "Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya) cütünün qalibi düşüb.

"İnter" "Laçi" (Albaniya) səddini keçsə, SJK (Finlandiya) - "Hafnarfyordur" (İslandiya), "Mladost" (Monteneqro) - "Neftçi" cütünün qalibi "Kukesi" (Albaniya) - "Torpedo" (Jodino, Belarus) duetinin qalibi ilə qarşılaşacaq. 

Oyunlar iyulun 16-da və 23-də keçiriləcək. 

*** 16:13

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubunun rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Gürcüstanın paytaxtı Tiflisi təmsil edən "Dinamo" komandasıdır.

Bakının "İnter" klubunun bəxtinə Albaniya "Laçi"si düşüb. 

"Neftçi" isə Monteneqro "Mladost"una rəqib olub. 

Oyunlar iyulun 2-də və 9-da keçiriləcək. 

*** 15:19

Azərbaycanı futbol üzrə Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, Monteneqronun "Rudar" komandasıdır. 

Çempionlar Liqası

II təsnifat mərhələsi

"Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)

APOEL (Kipr) - "Vardar" (Makedoniya)

"Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)

"Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa)

"Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan)

BATE (Belarus) - "Dandalk" (İrlandiya)

HİK (Finladniya) - "Ventspils" (Latviya)

"Midtyilland" (Danimarka) - “Linkoln” (Cəbəllütariq) / “Santa Koloma” (Andorra)

"Molde" (Norveç) - “Pünik” (Ermənistan) / “Folqor” (San-Marino)

"Malmö" (İsveç) - "Jalgiris" (Litva)

"Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya)

"Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya)

"Partizan" (Serbiya) - "Dila" (Gürcüstan)

"Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova)

"Fola" (Lüksemburq) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Skenderbeu" (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya) / "Levadiya" (Estoniya)

B-36 (Farer adaları) / TNS (Uels) - "Videoton" (Macarıstan)

Oyunlar 14-15 iyulda və 21-22 iyulda keçiriləcək

*** 13:53

Avropa Liqasında iştirak edəcək komandaların növbəti bölgüsü aparılıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən "İnter"in bəxtinə potensial rəqib qismində "Ferentsvaroş" (Macarıstan), "Trakay" (Litva), VPS (Finlandiya), "Kork Siti" (İrlandiya) və "Laçi" (Albaniya) çıxıb. 

"Neftçi" "Çukariçki" (Serbiya), "Qlentoran" (Şimali İrlandiya), "Mladost" (Çernoqoriya), UCD (İrlandiya) və ya "Partizani" (Albaniya) klubuna, "Qəbələ" isə "Vest Hem" (İngiltərə), "Dinamo" (Tbilisi, Gürcüstan), "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta) və ya "Daçiya" (Moldova) komandasına rəqib olub. 

*** 13:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi iştirakçıları arasında növbəti bölgü aparıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. 

Bunlar "Sarayevo" (Bosniya və Herseqovina), "Astana" (Qazaxıstan), "Rudar" (Monteneqro), "Vardar" (Makedoniya) və "Hibernians" (Malta) komandalarıdır. 

*** 11:20 

Bu gün futbol üzrə Çempionlar Liqası (ÇL) və Avropa Liqasının 2015/2016 mövsümü üçün püşkü atılacaq. "Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da start götürəcək ÇL-in püşkatmasında Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün qalibi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və səpələnmişlər səbətində yer alıb. Nəticədə Azərbaycan klubu nisbətən zəif komandalarla mübarizə aparacaq.

Çempionlar Liqasının səpələnmişlər və səpələnməmişlər səbətində yer alan komandalar:

Səpələnmişlər: "Qarabağ" (Azərbaycan), "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Molde" (Norveç), HİK (Finladniya), "Midtyilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya).

Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Rudar" (Monteneqro), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), I təsnifat mərhələsinin 4 qalibi.

Qitənin ən nüfuzlu futbol turnirində I təsnifat mərhələsindən start verəcək komandalar: "TNS (Uels), “Levadiya” (Estoniya), “Pünik” (Ermənistan), “Santa Koloma” (Andorra), “Kruzaders” (Şimali İrlandiya), B-36 (Farer adaları), “Linkoln” (Cəbəllütariq), “Folqor” (San-Marino).

Avropa Liqasının püşkatması isə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən "Neftçi" və "İnter" səpələnmişlər, "Qəbələ" isə səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: "Neftçi", "İnter" (hər ikisi Azərbaycan), "Vest Hem" (İngiltərə), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), "Elfsborq" (İsveç), "Hayduk" (Split, Xorvatiya), "Apollon" (Kipr), "Omoniya" (Kipr), "Slovan" (Bratislava, Slovakiya), AİK (İsveç), "Şlask" (Polşa), "Jilina" (Slovakiya), "Aktobe" (Qazaxıstan), “Qo Ahed İqlz” (Hollandiya), "Srvena Zvezda" (Serbiya), "Debretsen" (Macarıstan), "Brondbü" (Danimarka), "Şaxtyor" (Soliqorsk, Belarus), "Dinamo" (Tbilisi, Gürcüstan), "Liteks" (Bolqarıstan), "Voyvodina" (Serbiya), "Spartak" (Trnava, Slovakiya), "Hafnarfyordur" (İslandiya), "Sent-Conston" (Şotlandiya), "Jelezniçar" (Bosniya və Hersoqovina), "Randers" (Danimarka), "Srtömsqodset" (Norveç), "Reykyavik" (İslandiya), "Yagelloniya" (Polşa), "Botoşani" (Rumıniya), "Lokomotiv" (Zaqreb, Xorvatiya), “Şemrok Rovers” (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Linfild" (Şimali İrlandiya), "Beroe" (Bolqarıstan), "Valletta" (Malta), "Differdanj" (Lüksemburq), "Rabotniçki" (Makedoniya), "Torpedo" (Jodino, Belarus), "Aberdin" (Şotlandiya), "Daçiya" (Moldova), "Koper" (Sloveniya), "Sent-Patriks" (İrlandiya), "Beytar" (Yerusəlim, İsrail), “Jrinski” (Xorvatiya), “HB Torshavn” (Farer adaları), "Buduçnost" (Monteneqro), "Birkirkara" (Malta), "Domjale" (Sloveniya), "Vaduts" (Lixtenşteyn).

Səpələnməmişlər: "Qəbələ" (Azərbaycan), "Çukariçki" (Serbiya), "Selye" (Sloveniya), Ferentsvaroş” (Macarıstan), "Nomme Kalyu" (Estoniya), "Flora" (Estoniya), "Sutyeska" (Monteneqro), "Skonto" (Latviya), "Vikinqur" (Farer adaları), "Renova" (Makedoniya), "Odds" (Norveç), "Kukesi" (Albaniya), "Şkendiya" (Makedoniya), "Kayrat" (Qazaxıstan), "Ordabaşı" (Qazaxıstan), MTK (Macarıstan), "Şirak" (Ermənistan), "Mladost" (Monteneqro), "Laçi" (Albaniya),"Ulisses" (Ermənistan), "Saxan" (Moldova), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Dinamo" (Batumi, Gürcüstan), "Spartak" (Tsxinvali, Gürcüstan), "Slima" (Estoniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Lahti" (Finlandiya), "Vikinqur" (İslaniya), "Jelqava" (Latviya), "Olimpik" (Sarayevo, Bosniya və Herseqovina), NSİ (Farer adaları), "Sent-Culiya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), UCD (İrlandiya), "Kruoya" (Litva), "La Fiorita" (San Marino), AUK (Uels), "Partizani" (Albaniya), "Proqres" (Lüksemburq), "Trakay" (Litva), "Spartaks" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Juvenes" (San Marino), "Nyutaun" (Uels), "Alaşkert" (Ermənistan), "Kollec" (Cəbəllütariq), "Çerno More" (Bolqarıstan).

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları 21-22 iyulda keçiriləcək. Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulun 9-da baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi