Bu gün futbol üzrə Azərbaycan yığması Norveçlə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan yığması Norveçlə qarşılaşacaq Dünya çempionatının seçmə qrup mərhələsində ikinci tura yekun vurulacaq
Futbol
8 Oktyabr , 2016 07:48
Bu gün futbol üzrə Azərbaycan yığması Norveçlə qarşılaşacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün daha 9 oyun keçiriləcək.

"Report"un məlumatına görə, "C", "E" və "F" qrupunda çıxış edən komandalar mübarizə aparacaq.

"C" qrupunun ilk oyununda Azərbaycan millisi Norveçi qonaq edəcək. İlk oyunda qələbə qazanan Almaniya Çexiyanı sınağa çəkəcək. Qrupun digər oyununda isə Şimali İrlandiya və San Marino yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan və Almaniya yığmaları qalib gələcəyi təqdirdə qrupdakı mövqelərini gücləndirmiş olacaq. Digər komandalar isə 3 xal sayəsində fərqi aradan götürmüş olacaq.

"E" qrupunun lideri Danimarka səfərdə Polşa ilə üz-üzə gələcək. Qələbə qonaqlara liderlik mövqeyini qorumaq, polşalılara isə digər oyunların nəticəsindən asılı olaraq birinci pilləyə yüksəlmək imkanı verəcək. Aktivində bir xal olan Monteneqro yığması Qazaxıstanı qəbul edəcək. Rumıniya isə qrup sonuncu Ermənistan səfərindən xalla dönməyə çalışacaq.

"F" qrupunda aktivində 3 xal olan İngiltərə Maltanı, Şotlandiya isə Litvanı evdə sınağa çəkəcək. Meydan sahibləri qələbə sayəsində liderliklərini qorumuş olacaq. İlk oyundan sonra xalsız qalan Slovakiya isə Sloveniyada mübarizə aparacaq.

Dünya çempionarı, seçmə qrup mərhələsi, II tur

C qrupu

20:00. Azərbaycan - Norveç

Bakı. Bakı Olimpiya Stadionu

22:45. Şimali İrlandiya - San Marino

Belfast. "Uindzor Park"

22:45. Almaniya - Çexiya

Hamburq. "Hamburq Arena"

Qrupda vəziyyət: Almaniya - 3. Azərbaycan - 3. Çexiya - 1. Şimali İrlandiya - 1. San Marino - 0. Norveç - 0.

E qrupu

20:00. Monteneqro - Qazaxıstan

Podqoritsa. Podqoritsa stadionu

20:00. Emənistan - Rumıniya

İrəvan. Vazgen Sarkisyan adına Respublika Stadionu

22:45. Polşa - Danimarka

Varşava. Milli stadion

Qrupda vəziyyət: Danimarka - 3. Polşa - 1. Qazaxıstan - 1. Monteneqro - 1. Rumıniya - 1. Ermənistan - 0.

F qrupu

20:00. İngiltərə - Malta

London. "Uembli" stadionu

22:45. Şotlandiya - Litva

Qlazqo. "Hampden Park"

22:45. Sloveniya - Slovakiya

Lyublyana. "Stojitse" stadionu

Qrupda vəziyyət: Şotlandiya - 3. İngiltərə - 3. Sloveniya - 1. Litva - 1. Slovakiya - 0. Malta - 0.

Son xəbərlər

Orphus sistemi