Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək Turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq
Futbol
30 Aprel , 2016 07:35
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçında Gəncənin "Kəpəz" klubu "Rəvan"ı qəbul edəcək. Bakı təmsilçisinin tək iddiası sonuncu pillədən xilas olub elitada qalmaqdırsa, gəncəlilər avrokubokda çıxış etmək üçün çalışır. Şahin Diniyevin rəhbərlik etdiyi komanda evdə 3 xal qazanacağı təqdirdə turnir cədvəlində hazırda qərarlaşdığı 4-cü pilləni qoruyacaq. Oyun Rəvan Həmzəzadəyə həvalə olunub.

Günün son oyununda hazırda turnir cədvəlində sonuncu pillədən xilas olmağa çalışan "Xəzər Lənkəran" AZAL-ın qonağı olacaq. "Təyyarəçilər" isə avrokuboka gedən yolda büdrəməmək üçün qonaqlar üzərində qələbə qazanmalı və ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini artırmalıdır. "Rəvan"la eyni - 14 xala malik olan Lənkaran təmsilçisi isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq üçün səfərdən xalla dönməlidir. "AZAL Arena"da keçiriləcək oyunu Ramil Diniyev idarə edəcək.

Azərbaycan Premyer Liqası, XXXII tur

15:00. "Kəpəz" – "Rəvan"
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu (CBC Sport)

17:30. AZAL – "Xəzər Lənkəran"
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
AZAL Arena (CBC Sport)

Qeyd edək ki, turun digər oyunları mayın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi