Yuxarı
    Bağlamaq

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək

    İlk oyun günündə 3 matç keçiriləcək

    Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.

    “Report”un məlumatına görə, ilk oyun günündə 3 matç keçiriləcək.

    Əslində turun bütün görüşləri bazar günü keçirilməli idi. Lakin Peşəkar Futbol Liqası “Qəbələ” – “İnter” qarşılaşmasının vaxtını aprelin 24-ə dəyişdi. Dəyişikliyə səbəb isə sözügedən kollektivlərin mükafatçılar sırasında olmasıdır. Bu duelin nəticəsindən asılı olaraq, komandalara gümüş və bürünc medallar təqdim oluna bilər.

    2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” isə çempionluq kuboku və qızıl medallara “Sumqayıt”la matçda qovuşacaq. Çempionun sonuncu turda “Neftçi” ilə səfər matçında təltif ediləcəyi gözlənilsə də, mərasimin Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”da reallaşmasına qərar verildi. Görüşün nəticəsi Ağdam klubu üçün heç bir əhəmiyyət kəsb etməsə də, “Sumqayıt”dan ötrü final xarakteri daşıyır. Avropa Liqasına vəsiqə verən 4-cü pilləni tutmağın yolu qələbədən keçir. Hərçənd qonaqlar cari çempionatda “Qarabağ”la üzləşdikləri bütün qarşılaşmalardan məğlub ayrılıblar.

    “Dördlüy”ü qapayan “Zirə”nin taleyi isə öz əlindədir. Qəsəbə təmsilçisi cari çempionatda 3 dəfə üstələdiyi “Neftçi”dən yenidən 3 xal alsa, Avropa Liqasına vəsiqəni təmin edə bilər. Lakin bunun üçün “Sumqayıt”ın uduzması, “Kəpəz”in isə xal itirməsi şərtdir.

    Elitanı tərk etməsi rəsmiləşən AZAL-ın qonağı olacaq Gəncə təmsilçisini də yalnız qələbə qane edir. Bir yerə 4 komandanın iddia etdiyi bir vaxtda “Kəpəz” də 3 xal üçün meydana çıxacaq.

    Azərbaycan Premyer Liqası, XXVII tur

    23 aprel (bazar)

    17:00. “Qarabağ” – “Sumqayıt”

    Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

    AFFA nümayəndəsi: Mübariz Hüseynov

    Hakim-inspektor: Əli Hüseynov

    “Azərsun Arena”

    İlk üç dövrə - 2:0, 3:0, 4:0

    17:00. “Zirə” – “Neftçi”

    Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

    AFFA nümayəndəsi: Rauf Hüseynli

    Hakim-inspektor: Xaqani Məmmədov

    Zirə Olimpiya İdman Kompleksinin stadionu

    İlk üç dövrə - 1:0, 2:0, 3:1

    17:00. AZAL – “Kəpəz”

    Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

    Hakim-inspektor: Şaiq Həmidov

    “AZAL Arena”

    İlk üç dövrə - 0:0, 0:1, 1:1

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi