Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü başlayır Yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək
Futbol
11 Avqust , 2017 09:23
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümü başlayır

Bakı. 11 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.

“Report”un məlumatına görə, yeni mövsümün ilk oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gələcək.

“Bakcell Arena”da baş tutacaq maç saat 21:00-da start götürəcək.

Bütün milli çempionatlarda iştirak edən klublar fərqli qrafik cızırlar. Səkkiz qat ölkə çempionu olan paytaxt komandasının son illər uğursuz çıxış etməsinin fonunda, Ağdam təmsilçisi ardıcıl 4 mövsümdür qızıl medallara yiyələnib.

Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

21:00. “Neftçi” – “Qarabağ”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi