Yuxarı
    Bağlamaq

    Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start veriləcək

    Tur çempionluğa iddialıların səfər oyunları ilə başlayacaq

    Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün keçiriləcək 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

    "Report"un məlumatına görə, ilk oyun günündə çempionluğa iddialı komandalar səfər matçlarına çıxacaqlar.

    Açılış oyununda lider "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Meydan sahibləri qış fasiləsindən sonrakı hər 3 oyunundan məğlub ayrılıb. "Kəpəz" bu il ilk dəfə Gəncə şəhər stadionunda matça çıxacaq. "Qarabağ" isə ilin əvvəlki 3 turunda 2 qələbə, 1 heç-heçəyə nail olub. Xal itkisi Ağdam komandası üçün liderliyin əldən verilməsi bahasına başa gələ bilər. Çünki bu görüşün ardından "Zirə"nin qonağı olacaq "Qəbələ" meydanı qalib tərk etsə, birinci pilləyə yüksələcək.

    Əvvəlki oyunlara nəzər saldıqda, “Qarabağ”ın "Kəpəz"ə son 18 qarşılaşmada məğlub olmadığını görmək olar. Ağdamlılara 15 ilə yaxındır qalib gələ bilməyən Gəncə təmsilçisi son 7 oyunda qol buraxıb. "Kəpəz"in son 3 ev oyununda isə hər iki komanda qol vurub.

    "Qəbələ" isə son 3 oyunda "Zirə" üzərində quruhesablı qələbə qazanıb. Daha bir tendensiya odur ki, “Zirə”nin ev oyunlarında qol vuran komanda qalib gəlib.

    Azərbaycan Premyer Liqası, XVIII tur

    12 fevral (bazar)

    14:30. “Kəpəz” – “Qarabağ”

    Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov

    AFFA nümayəndəsi: Eldar Qasımov

    Hakim-inspektor: Xaqani Məmmədov

    Gəncə şəhər stadionu

    16:30. “Zirə” - “Qəbələ”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov

    AFFA nümayəndəsi: Mübariz Hüseynov

    Hakim-inspektor: Murad Məmmədov

    Zirə İdman Kompleksinin stadionu

    Qeyd edək ki, turun daha 2 oyunu fevralın 13-də olacaq. AZAL "İnter"i "Neftçi" isə "Sumqayıt"ı qəbul edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi