Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.
Futbol
14 İyul , 2018 07:11
Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Rusiyadakı dünya çempionatının bürünc mükafatçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə milliləri üz-üzə gələcək. Bu komandalar DÇ-2018-də ikinci dəfə qarşılaşacaqlar. Eyni qrupda yer almış iki ölkənin duelində Belçika qalib olmuşdu - 1:0.

"Qırmızı şeytanlar" 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransa səddini keçə bilməyib.

İngiltərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb. 

DÇ-2018

14 iyul 

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə

Baş hakim: Alireza Faqani (İran) 

Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu

Son xəbərlər

Orphus sistemi