Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək Daha 5 komanda 1/8 finala vəsiqə qazana bilər
Futbol
21 Noyabr , 2017 07:32
Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər. Səkkiz müxtəlif ölkədə baş tutacaq matçlardan sonra daha 6 komandanın 1/8 finala vəsiqəni təmin etmə şansı var. Bunlar Türkiyənin "Beşiktaş”, İngiltərənin "Liverpul”, Portuqaliyanın "Portu”, Ukraynanın "Şaxtyor”, eləcə də İspaniyanın "Real Madrid” və "Sevilya” klublarıdır. 

Lakin bu komandalardan yalnız 5-i pley-offa adlaya bilər. Səbəb "Sevilya"nın "Liverpul", "Beşiktaş"ın isə "Portu" ilə qarşılaşmasıdır. Bu oyunlarda qalib tərəf qrupdan çıxacaq. Lakin Türkiyə təmsilçisini heç-heçə də qane edir. Üstəlik, Şenol Günəşin rəhbərlik etdiyi kollektiv uduzmaqla da arzusuna çata bilər. Bunun üçün "Monako"nun "Leyptsiq"ə uduzmaması lazımdır. Fransa təmsilçisi rəqibi üstələsə, "Portu" da qələbə sayəsində "Beşiktaş"a qoşula bilər. 

1/8 finala yüksəlmək üçün "Real Madrid” və "Şaxtyor”a da qələbə zəruridir. 

Qeyd edək ki, Fransanın PSJ, Almaniyanın "Bavariya”, eləcə də İngiltərənin "Mançester Siti” və "Tottenhem” kollektivləri 1/8 finala vəsiqəni erkən təmin ediblər. Belçikanın "Anderlext”, Şotlandiyanın "Seltik” və Hollandiyanın "Feyenoord” klubları pley-offa yüskəlmək şanslarını itiriblər.

Çempionlar Liqası, Qrup mərhələsi, V tur

21 noyabr

E Qrupu

21:00. "Spartak" (Moskva, Rusiya) - "Maribor" (Sloveniya)

23:45. "Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə)


Xal durumu: "Liverpul" - 8, "Sevilya" - 7, "Spartak" - 5, "Maribor" - 1.


F Qrupu

23:45. "Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna)

23:45. "Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya)


Xal durumu: "Mançester Siti" - 12, "Şaxtyor" - 9, "Napoli" - 3, "Feyenoord" - 0.


G Qrupu

23:45. "Monako" (Fransa) - "Leyptsiq" (Almaniya)

21:00. "Beşiktaş" (Türkiyə) - "Portu" (Portuqaliya)


Xal durumu: "Beşiktaş" - 10, "Portu" - 6, "Leyptsiq" - 4, "Monako" - 2.


H Qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)

23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya)


Xal durumu: "Tottenhem" - 10, "Real Madrid" - 7, "Borussiya" - 2, APOEL - 2.

Son xəbərlər

Orphus sistemi