Bu gün Çempionlar Liqasında IV tura start veriləcək

Bu gün Çempionlar Liqasında IV tura start veriləcək Gecənin mərkəzi qarşılaşması İngiltərədə oynanılacaq
Futbol
1 Noyabr , 2016 07:23
Bu gün Çempionlar Liqasında IV tura start veriləcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında IV turun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş baş tutacaq.

A qrupunda çıxış edən Fransa PSJ-si İsveçrənin "Bazel" klubunun qonağı olacaq. İngiltərənin "Arsenal" klubu isə Bolqarıstanda "Ludoqorets"lə qarşılaşacaq. PSJ və "Arsenal" səfər görüşünü qələbə ilə başa vuracağı təqdirdə 1/16 final mərhələsinə vəsiqəni təmin edəcəklər.

B qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu İtaliya "Napoli"sini qəbul edəcək. İstanbul təmsilçisi qələbə qazanacağı təqdirdə qrup liderliyini ələ keçirəcək. Qrupun digər oyununda isə Portuqaliyanın "Benfika" klubu Ukrayna "Dinamo"sunu (Kiyev) qəbul edəcək.

Gecənin mərkəzi görüşü isə İngiltərədə keçiriləcək. "Mançester Siti" İspaniyanın "Barselona" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun birinci pilləsində qərarlaşan kataloniyalılar məğlub olacağı təqdirdə belə mövqeyini dəyişməyəcək. Mançester təmsilçisi növbəti mərhələ şansını saxlamaq üçün evdə qələbə qazanmağa çalışacaq. Bu həm də Xosep Qvardiolanın "Mançester Siti"nin baş məşqçi postunda sabiq komandasına qarşı ikinci görüşü olacaq. İlk oyunda "Barsa" evdə 4:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə Şotlandiya "Seltik"i Almaniyada Münhenqladbax "Borussiya"sının qonağı olacaq.

D qrupunda isə "Atletiko Madrid" Rusiyanın "Rostov" klubunu sınağa çəkəcək. İspaniya klubu qələbə qazanacağı təqdirdə 1/16 finala vəsiqəni təmin edəcək. Rusiya təmsilçisi isə sonuncu pillədən xilas olmağa çalışacaq. Almaniyanın "Bavariya" klubu Hollandiyada PSV ilə qarşılaşacaq. Qələbə sayəsində Münhen təmsilçisinin də birinci pilləyə yüksəlmək şansları qalmaqdadır.

Çempionlar Liqası, qrup oyunları, IV tur

A qrupu

23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)

Xal durumu: "Arsenal" - 7. PSJ - 7. "Bazel" - 1. "Ludoqorets" - 1

B qrupu

21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya)

23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 5. "Benfika" - 4. "Dinamo" - 1

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 4. "Borussiya" - 3. "Seltik" - 1

D qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya)

23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Atletiko" - 9. "Bavariya" - 6. PSV - 1. "Rostov" - 1.

Qeyd edək ki, digər oyunlar noyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi