​Bu gün Çempionlar Liqasının III turuna yekun vurulacaq

​Bu gün Çempionlar Liqasının III turuna yekun vurulacaq Turun son oyun günüdə 8 qarşılaşma keçiriləcək
Futbol
21 Oktyabr , 2015 00:02
​Bu gün Çempionlar Liqasının III turuna yekun vurulacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının III turuna yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunda Fransanın PSJ klubu İspaniya "Real Madrid"ini qəbul edəcək. Hərəyə 6 xalı olan komandalar heç-heçə etdiyi halda da siyahıda heç bir dəyişiklik olmayacaq. Madrid təmsilçisi hazırda ilk pillədədirsə, Paris klubu qrup ikincisidir. Qrupun digər oyununda İsveç "Malmö"sü ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq.

B qrupunda Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə İngiltərə "Mançester Yunayted"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupda 4 komandanın da aktivində 3 xal olduğundan qalib komanda ilk iki pillədə qərarlaşacaq. Almaniya "Volfsburq"u isə PSV (Hollandiya) ilə qarşılaşacaq.

C qrupunda Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sını sınağa çəkəcək. Hazırda 1 xalla qrup 3-cüsü olan İstanbul təmsilçisi vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Hamza Hamzaoğlunun komandası daha da pisləşəcək. Qrupun digər oyununda isə "Altetiko" (Madrid, İspaniya) və "Astana" (Qazaxıstan) komandaları qaşrılaşacaq.

D qrupunda isə İtaliya "Yuventus"u ilə Almaniyanın "Borussiya" (Münxenqladbax) klubları qarşılaşacaq. "Mançester Siti" (İngiltərə) və "Sevilya" (İspaniya) qarşılaşmasında isə qrup ikinci müəyyənləşəcək.

Çempionlar Liqası, III tur

21 oktyabr

A qrupu

23:45. PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Paris. "Park de Prens"

23:45. "Malmö" (İsveç) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Tasos Sidiropulos

Malmö. "Malmö Nyu Stadium"

Xal durumu: "Real Madrid" - 6. PSJ - 6. "Malmö" - 0. "Şaxtyor" - 0.

B qrupu

23:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalo (İspaniya)

Ximki. "Ximki Arena"

23:45. "Volfsburq" (Almaniya) - PSV (Hollandiya)

Baş hakim: Alberto Undiano Mayonko (İspaniya)

Volfsburq. "Volksvagen Arena"

Xal durumu: PSV - 3. "Mançester Yunayted" - 3. MOİK - 3. "Volfsburq" - 3.

C qrupu

23:45. "Atletiko" (İspaniya) - "Astana" (Qazaxıstan)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Madrid. "Visente Kalderon"

23:45. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

İstanbul. Ali Sami Yen.

Xal durumu: "Benfika" - 6. "Atletiko" - 3. "Qalatasaray" - 1. "Astana" - 1.

D qrupu

23:45. "Yuventus" (İtaliya) - "Borussiya" (Münxenqladbax, Almaniya)

Baş hakim: Kreyt Tomson (Şotlandiya)

Turin. "Yuventus" Stadionu

23:45. "Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya)

Baş hakim: Bas Neyxeys (Hollandiya)

Mançester. "Etihad" stadionu

Xal durumu: Yuventus - 6. "Sevilya" - 3. "Mançester Siti" - 3. "Borussiya" - 0.

Son xəbərlər

Orphus sistemi