Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək Ramil Şeydayevin formasını geyindiyi “Jilina” “Kopenhagen”lə üz-üzə gələcək
Futbol
11 İyul , 2017 07:51
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək. “Report”un məlumatına görə, 4 gün ərzində ümumilikdə 17 matç baş tutacaq.

Ağdamın “Qarabağ” klubu Gürcüstan çempionu “Samtredia”nı qonaq edəcəyi halda, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya “Jilina”sı Danimarka təmsilçisi “Kopenhagen”lə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan)

22:30. “Hibernians” (Malta) - “Zalsburq” (Avstriya)

22:45. “Riyeka” (Xorvatiya) - TNS (Uels)

22:45. “Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)

12 iyul

20:00. “Spartak” (Latviya) - “Astana” (Qazaxıstan)

21:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)

21:00. “Malmö” (İsveç) - “Vardar” (Makedoniya)

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Honved” (Macarıstan)

21:00. “Şerif” (Moldova) - “Kukesi” (Albaniya)

21:00. APOEL (Kipr) - “Düdelanj” (Lüksemburq)

21:30. BATE (Belarus) - Alaşkert (Ermənistan)

22:00. “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)

22:00. “Jalgiris” (Litva) – “Ludoqorets” (Bolqarıstan)

22:15. “Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)

22:45. “Dandolk” (İrlandiya) - “Rusenborq” (Norveç)

23:15. “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları)

14 iyul

20:00. “Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya)

Son xəbərlər

Orphus sistemi