​Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək

​Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək "Mançester Siti" İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək
Futbol
26 Aprel , 2016 06:55
​Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşma İngiltərədə keçiriləcək.

"Mançester Siti" İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək. Qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Hər iki komanda bu görüşə itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Yaya Ture zədəlidir. Madrid klubunda isə zədəsi olan Kərim Benzemanın da meydana çıxıb-çıxmayacağı məlum deyil.

Oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Cavab görüşü mayın 4-də Madriddə keçiriləcək.

Qeyd edək ki, ikinci finalçı "Atletiko Madrid" (İspaniya) və "Bavariya" (Almaniya) cütünün qalibi olacaq. Komandaların ilk görüşü aprelin 27-si Madriddə, cavab oyunu mayın 23-ü Münhendə keçiriləcək.

Çempionlar Liqası, yarımfinal mərhələsi, ilk oyun

22:45. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

Baş hakim: Cüneyt Çakır

Mançester. "Etihad" stadionu

Son xəbərlər

Orphus sistemi