Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək Mərkəzi qarşılaşmalar İtaliya və İspaniya komandaları arasında olacaq
Futbol
22 Noyabr , 2017 07:35
Bu gün Çempionlar Liqasında V turun növbəti oyunları keçiriləcək

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün daha 4 qrupda keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasının V turuna yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun gününün mərkəzi qarşılaşmaları İtaliya və İspaniya klublarının iştirakı ilə baş tutacaq.

"Yuventus" İspaniya "Barselona"sını qəbul edəcək. "Qoca Sinyora" qələbə qazanacağı təqdirdə, ən azı qrup ikincisi kimi 1/8 finala vəsiqə qazana bilər. Bunun üçün Portuqaliya "Sportinq"i Yunanıstan "Olimpiakos"u ilə ev oyununda xal itirməlidir. "Barselona"ya isə heç-heçə, hətta "Sportinq" qələbə qazana bilməsə, məğlubiyyət də yetərli olacaq.

"Qarabağ"ın yer aldığı "C" qrupunda isə "Atletiko" İspaniyada "Roma"nı sınağa çəkəcək. 4 turdan sonra İtaliya təmsilçisi 8 xalla qrup lideri, madridlilər isə 3 xalla qrup üçüncüsüdür. Qrupun digər görüşündə Azərbaycan komandası İngiltərənin "Çelsi" klubuna uduzsa, "Roma"ya 1/8 finala vəsiqə üçün heç-heçə də kifayət edəcək.

Bu gün meydana çıxacaq komandalardan hələlik "B" qrupundakı Fransa PSJ-si və Almaniya "Bavariya"sı mərhələ adlayıb. Digər 4 qrupdan isə Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti" və "Tottenhem" komandaları Çempionlar Liqasının 1/8 finalına yüksəlib.

Çempionlar Liqası, V tur

A qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)

23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 6, MOİK - 6, "Benfika" - 0.

B qrupu

23:45. PSJ (Fransa) - "Seltik" (Şotlandiya)

23:45. "Anderlext" (Belçika) - "Bavariya" (Almaniya)

Xal durumu: PSJ - 12, "Bavariya" - 9, "Seltik" - 3, "Anderlext" - 0

C qrupu

21:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə)

23:45. "Atletiko" (İspaniya) - "Roma" (İtaliya)

Xal durumu: "Roma" - 8, "Çelsi" - 7, "Atletiko" - 3, "Qarabağ" - 2

D qrupu

23:45. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya)

23:45. "Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Barselona" - 10, "Yuventus" - 7, "Sportinq" - 4, "Olimpiakos" - 1.

Son xəbərlər

Orphus sistemi