Yuxarı

Bu gün Çempionlar Liqasında "Qalatasaray" debütant "Astana" ilə qarşılaşacaq

Qrup mərhələsində II turun son 8 oyunu keçiriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin II turunun son 8 oyunu keçiriləcək. "Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" Qazaxıstanda debütant "Astana"nın qonağı olacaq.

Hər iki komanda ilk turu məğlubiyyətlə başa vurub. "Qalatasaray" evdə İspaniya "Atletiko"suna, "Astana" Portuqaliyada "Benfika"ya eyni hesabla uduzub - 0:2. C qrupunun digər matçı "Atletiko" ilə "Benfika" arasında olacaq.

İspaniyanın digər təmsilçisi "Real Madrid" isə İsveçdə "Malmö"nün qonağı olacaq. A qrupunda "kral klubu"nun ilk turda darmadağın etdiyi "Şaxtyor" isə Ukraynada Fransa PSJ-sini qəbul edəcək.

B qrupunda ilk turu məğlubiyyətlə başa vurmuş Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i indi evdə oynayacaq. Onlar müvafiq olaraq, Hollandiya PSV-si ilə Almaniya "Volfsburq"unu qəbul edəcəklər.

D qrupunda ilk turdan üzüağ çıxmış İtaliya "Yuventus"u ilə Avropa Liqasının qalibi İspaniya "Sevilya"sı indi bir-biri ilə üz-üzə gələcək. Digər qarşılaşma isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" komandaları arasında olacaq.

Çempionlar Liqası, II tur

A qrupu

"Malmö" (İsveç) - "Real Madrid" (İspaniya)

Baş hakim: Cüneyt Çakır

"Şaxtyor" (Ukrayna) - PSJ (Fransa)

Baş hakim: Deniz Aytekin (Almaniya)

Xal durumu: "Real Madrid" - 3, PSJ - 3, "Malmö" - 0, "Şaxtyor" - 0.

B qrupu

MOİK (Moskva, Rusiya) - PSV (Hollandiya)

Baş hakim: Ruddi Buke (Fransa)

"Mançester Yunayted" (İngiltərə) - "Volfsburq" (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

Xal durumu: PSV - 3, "Volfsburq" - 3, "Mançester Yunayted" - 0, MOİK - 0

C qrupu

"Astana" (Qazaxıstan) - "Qalatasaray" (Türkiyə)

Baş hakim: Martin Strömberqsson (İsveç)

"Atletiko" (İspaniya) - "Benfika" (Portuqaliya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Xal durumu: "Atletiko" - 3, "Benfika" - 3, "Astana" - 0, "Qalatasaray" - 0.

D qrupu

"Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)

Baş hakim: Yonas Eriksson (İsveç)

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Kleman Turpen (Fransa)

Xal durumu: "Sevilya" - 3, "Yuventus" - 3, "Mançester Siti" - 0, "Borussiya" M - 0

İlk oyun gününün nəticələri:

29 sentyabr

E qrupu

BATE (Belarus) - "Roma" (İtaliya) - 3:2

Qollar: İqor Staseviç, 8. Filip Mladenoviç, 12; 30 - Jervinyo, 68. Vasilis Torosidis, 82

"Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:1

Qollar: Serxi Roberto, 80. Luis Suares, 82 - Kiriakos Papadopulos, 22

Xal durumu: "Barselona" - 4, "Bayer" - 3, BATE - 3, "Roma" - 1.

F qrupu

"Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) - 2:3

Qollar: Teo Uolkott, 35. Aleksis Sançes, 65 - Felipe Pardo, 33. David Ospina, 40-öz qapısına. Alfred Finnboqason, 66

"Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 5:0

Qollar: Duqlas Kosta, 13. Robert Levandovski, 21; 28; 55. Mario Götze, 25

Xal durumu: "Bavariya" - 6, "Olimpiakos" - 3, "Dinamo" Z - 3, "Arsenal" - 0.

G qrupu

"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 2:1

Qollar: Andre Andre, 39. Maykon, 52 - Villian, 45+2

"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:2

Qol: Andrey Yarmolenko, 4. Junior Moraeş, 50

Xal durumu: "Portu" - 4, "Dinamo" K - 4, "Çelsi" - 3, "Makkabi" - 0.

H qrupu

"Zenit" (Rusiya) - "Gent" (Belçika) - 2:1

Qollar: Artyom Dzyuba, 35. Oleq Şatov, 67 - Tomas Matton, 56

"Lion" (Fransa) - "Valensiya" (İspaniya) - 0:1

Qol: Sofian Fequli, 42

Xal durumu: "Zenit" - 6, "Valensiya" - 3, "Lion" - 1, "Gent" - 1.

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi