Yuxarı
    Bağlamaq

    ​Bu gün Çempionlar Liqasında növbəti tura start veriləcək

    Türkiyənin Qalatasaray klubu Portuqaliyada meydana çıxacaq

    Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının IV turuna start veriləcək. "Report"un məlumatına görə, bu gecə 8 qarşılaşma keçiriləcək.

    Türkiyənin "Qalatasaray" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Hazırda qrupda 3-cü pillədə qərarlaşan İstanbul təmsilçisi mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Məğlub olacağı təqdirdə "sarı-qırmızılar" işlərini daha da çətinə salacaqlar. C qrupunun digər oyununda isə İspaniya "Atletiko"su Qazaxıstanın "Astana" klubunun qonağı olacaq.

    Gecənin mərkəzi görüşü İspaniyada keçiriləcək. "Real Madrid" doğma azarkeşlər önündə Fransa PSJ-sini qəbul edəcək. Qrupun favorit komandaları hazırda liderlik mövqeyi uğrunda mübarizə aparırlar. A qrupunun digər görüşünda isə Ukrayna "Şaxtyor"u ilə İsveç "Malmö"sü qarşılaşacaq.

    Çempionlar Liqası, qrup mərhələsi

    A qrupu

    23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

    23:45. "Şaxtyor" (Ukrayna) - "Malmö" (İsveç)

    Xal durumu: "Real Madrid" - 7. PSJ - 7. "Malmö" - 3. "Şaxtyor" - 0.

    B qrupu

    23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Rusiya)

    23:45. PSV (Hollandiya) - "Volfsburq" (Almaniya)

    Xal durumu: "Volfsburq" - 6. "Mançester Yunayted" - 4. MOİK - 4. PSV - 0.

    C qrupu

    19:00. "Astana" (Qazaxıstan) - "Atletiko" (İspaniya)

    23:45. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)

    Xal durumu: "Atletiko" - 6. "Benfika" - 6. "Qalatasaray" - 4. "Astana" - 1.

    D qrupu

    23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Yuventus" (İtaliya)

    23:45. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

    Xal durumu: "Yuventus" - 7. "Mançester Siti" - 6. "Sevilya" - 3. "Borussiya" - 1.

    Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi