Yuxarı

Bu gün Çempionlar Liqasında növbəti tura start veriləcək

Bavariya Arsenalla görüşdə 5 futbolçusunun xidmətindən yararlana bilməyəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 3-cü turuna start verilib. "Report"un məlumatına görə, gecədə 4 qrupda 8 oyun keçiriləcək.

E qrupunun lideri İspaniyanın "Barselona" klubu Belarus BATE-sinin qonağı olacaq. Kataloniyalılar bu görşdə tam heyətlə çıxış edə bilməyəcəklər. Baş məşqçi Luis Enrike səfər görüşündə zədəli olduqları üçün Lionel Messi, Andres İnyesta və Rafinyanın xidmətindən yararlana bilməyəcək. Qrupun digər oyununda isə Almaniyanın "Bayer" (Leverkuzen) komandası ilə İtaliya "Roma"sı münasibətlərinə aydınlıq gətirəcək. İtaliya təmsilçisi qrupda sonuncu pillədən qurtulmaq üçün səfər görüşündən mütləq qələbə ilə ayrılmalıdır.

F qrupunda İngiltərə "Arsenal"ı Almaniya "Bavariya"sını qəbul edəcək. İlk 2 turu məğlubiyyətlə başa vurmuş "topçular" bu gecə də xal itirsələr, Çempionlar Liqasında 1/16 finala vəsiqə şanslarını xeyli azaldacaqlar. Əvəzində Münhen komandası xallarını 9-a çatdıraraq, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edəcək. Pep Qvardiola bu görüşdə "Bavariya"nın 5 aparıcı üzvünün xidmətindən yararlana bilməyəcək. Mehdi Benatia, Holger Badştuber, Mario Götze, Frank Riberi və Aryen Robben zədə səbəbindən komandalarını tribunadan dəstəkləyəcəklər. Qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edəcək. Digər oyunda isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Yunanıstan "Olimpiakos"unu sınağa çəkəcək.

G qrupunda İngiltərənin "Çelsi" komandası Kiyevdə lider Ukrayna "Dinamo"sunun qonağı olacaq. London klubu bu görüşdə qələbə qazanacağı təqdirdə, qrupdakı digər oyunun nəticəsindən asılı olaraq ilk 2 pillənin birində qərarlaşacaq. Digər oyunda "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun keçmiş komandası Portuqaliya "Portu"su İsrail "Makkabi"si ilə qarşılaşacaq.

H qrupunda "Zenit" Fransanın "Lion" klubu ilə qarşılaşacaq. Rusiya təmsilçisi ev oyununu qələbə ilə başa vuracağı təqdirdə, qrupdakı lider mövqeyini möhkəmləndirərək 1/8 final mərhələsinə 1 addım da yaxınlaşacaq. Qrupun digər oyununda isə İspaniya "Valensiya"sı və Belçika "Gent"i üz-üzə gələcək.

Çempionlar Liqası, III tur

20 oktyabr

E qrupu

23:45. BATE (Belarus) "Barselona" (İspaniya)

Baş hakim: Manuel De Souza (Portuqaliya)

Borisov, "Borisov Arena"

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Roma" (İtaliya)

Baş hakim: Viktor Kaşşay (Macarıstan)

Leverkusen, "BayArena"

Xal durumu: "Barselona" - 4, "Bayer" - 3, BATE - 3, "Roma" - 1.

F qrupu

23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

London, "Emirates Stadium"

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Paolo Talyavento (İtaliya)

Zaqreb, "Maksimir" stadionu

Xal durumu: "Bavariya" - 6, "Olimpiakos" - 3, "Dinamo" Z - 3, "Arsenal" - 0.

G qrupu

23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Kiyev, "Olimpiyski" stadionu

23:45. "Portu" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail)

Baş hakim: Kleman Türpen (Fransa)

Portu, "Eştadio do Draqao"

Xal durumu: "Dinamo" K - 4, "Portu" - 4, "Çelsi" - 3, "Makkabi" - 0.

H qrupu

23:45. "Zenit" (Rusiya) - "Lion" (Fransa)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Sankt-Peterburq, "Petrovski" stadionu

23:45. "Valensiya" (İspaniya) - "Gent" (Belçika)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

Valensiya, "Estadi de Mestalya"

Xal durumu: "Zenit" - 6, "Valensiya" - 3, "Gent" - 1, "Lion" - 1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi