Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq

Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq Turun mərkəzi görüşü "Ateltiko" və "Bavariya" arasında oynanılacaq
Futbol
28 Sentyabr , 2016 07:42
Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında II tura yekun vurulacaq.

"Report"un məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin "Beşiktaş" klubu Ukrayna "Dinamo"sunu qəbul edəcək. İstanbul komandası ev oyununda 3 xal qazanacağı təqdirdə qrupun digər görüşünün nəticəsindən asılı olmayaraq ən azı ikinci yerə yüksələcək. "B" qrupunun digər oyununda İtaliya "Napoli"si Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək.

Gecənin daha bir maraqlı oyunu İspaniyada baş tutacaq. Madrid "Atletiko"su Almaniyanın "Bavariya" klubunu sınağa çəkəcək. "D" qrupunda hər iki komandanın 3 xalı var və qələbə qazanan tərəf liderliyə yüksələcək. Qrupun digər oyunu Rusiya "Rostov"u ilə Hollandiya PSV-si arasında keçiriləcək.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

"A" Qrupu

22:45. "Arsenal" (İngiltərə) - "Bazel" (İsveçrə)

22:45. "Ludoqorets" (Bolqarıstan) - PSJ (Fransa)

Qrupda vəziyyət: "Arsenal" - 1, PSJ - 1, "Bazel" - 1, "Ludoqorets" – 1

"B" Qrupu

22:45. "Beşiktaş" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)

22:45. "Napoli" (İtaliya) - "Benfika" (Portuqaliya)

Qrupda vəziyyət: "Napoli" - 3, "Benfika" - 1, "Beşiktaş" - 1, "Dinamo" – 0

"C" Qrupu

22:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Barselona" (İspaniya)

22:45. "Seltik" (Şotlandiya) - "Mançester Siti" (İngiltərə)

Qrupda vəziyyət: "Barselona" - 3, "Mançester Siti" - 3, "Borussiya" - 0, "Seltik" - 0

"D" Qrupu

22:45. "Ateltiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

22:45. "Rostov" (Rusiya) - PSV (Hollandiya)

Qrupda vəziyyət: "Bavariya" - 3, "Atletiko" - 3, PSV - 0, "Rostov" - 0

Son xəbərlər

Orphus sistemi