Yuxarı

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək
İlk oyun günündə 10 görüş keçiriləcək

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 10 görüş keçiriləcək. Mübarizəyə Estoniya və Gürcüstanda start veriləcək. 

Çempionlar Liqası 

I təsnifat mərhələsi

10 iyul

19:30 "Flora" (Tallin, Estoniya) - "Hapoel" (Beer-Şeva, İsrail)

19:30 "Torpedo" (Kutaisi, Gürcüstan) - "Şerif" (Moldova)

20:00 "Alaşkert" (Ermənistan) - "Seltik" (Şotlandiya)

20:00 "Düdelanj" (Lüksemburq) - "Videoton" (Macarıstan)

22:00 "Vikinqur" (Farer adaları) - HİK (Helsinki, Finlandiya)

22:15 "Şkendiya" (Makedoniya) - TNS (Uels)

22:45 "Kork Siti" (İrlandiya) - "Legiya" (Varşava, Polşa)

22:45 "Drita" (Kosovo) - "Malmö" (İsveç)

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" mübarizəyə iyulun 11-də başlayacaq. Ağdam təmsilçisi səfərdə Sloveniya "Olimpiya"sı ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi