Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 oyunu keçiriləcək "Şaxtyor" Azərbaycan yığması ilə oyundan öncə "Bavariya" ilə üz-üzə gələcək
Futbol
17 Fevral , 2015 09:57
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 oyunu keçiriləcək

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.

Ötən mövsümün yarımfinalçıları "Çelsi" və "Bavariya" bu dəfə "pley-off" mücadiləsinə səfər qarşılaşmaları ilə başlayacaqlar. İngiltərə təmsilçisi Fransada PSJ-nin qonağı olacaq. Matçı türkiyəli referi Cüneyt Çakır idarə edəcək. 

Almaniya klubu isə Ukraynada "Şaxtyor" önündə olacaq. "Şaxtyor" Donetskdəki hərbi-siyasi vəziyyətlə əlaqədar ev oyununa Lvovdakı eyniadlı arenada çıxacaq. Bu görüşə baş hakim qismində ispaniyalı Alberto Undiano Malyenko təyinat alıb. Matçın ardından baş məşqçi Mirça Luçeskunun komandası Türkiyənin Antalya bölgəsinə yollanacaq və fevralın 24-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, hər iki 1/8 final matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Cavab görüşləri isə martın 11-də olacaq. 

Son xəbərlər

Orphus sistemi