​Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

​Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq Mərhələnin son oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gələcək
Futbol
13 Aprel , 2016 07:11
​Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının bütün yarımfinal iştirakçıları müəyyənləşəcək.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin son oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gələcəklər.

Madrid "Atletiko"su doğma azarkeşlər önündə digər ilk görüşdə 1:2 hesabı ilə məğlub olduğu digər İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək. Hər iki komanda meydana itkilərlə çıxacaq. "Atletiko"nun heyətində Tiaqo, Torres və Ximenes, kataloniyalılardan isə Mathieu, Rafinya, Sandro, Vermaelen və Vidal oyunu tribunadan izləməli olacaq. Qarşılaşmanı italiyalı Nikola Nitsoli idarə edəcək.

Portuqaliyanın "Benfika" klubu isə Almaniyanın "Bavariya" kollektivini qəbul edəcək. Münhen klubu evdə minimal hesablı qələbə qazandığından cavab görüşündə bərabərlik də kifayət edir. "Benfika"da Julio Sezar və Yonas, "Bavariya"da isə Boatenq və Badstuber meydana çıxmayacaq. Oyunu hollandiyalı Byorn Keypers idarə edəcək.

Çempionlar Liqas, 1/4 final, cavab oyunları

22:45. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)

Baş hakim: Nikola Nitsoli (İtaliya)

Madrid. Visente Kalderon.

İlk oyun: 1:2

22:45. "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Byorn Keypers (Hollandiya)

Lissabon. "Eştadiu da Luj"

İlk oyun: 0:1

İspaniyanın "Real Madrid" klubu Almaniya "Volfsburq"unu (0:2, 3:0), İngiltərə "Mançester Siti"si isə Fransanın PSJ klubunu (2:2, 1:0) məğlub edərək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 15-də keçiriləcək. Mərhələnin ilk oyunları 26-27 aprel, cavab oyunları isə 3-4 mayda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi