Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Azərbaycan Premyer Liqasında VI tura start veriləcək İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək
Futbol
22 Sentyabr , 2017 07:42
Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək. “Report” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

Təqvimə əsasən, həftənin açılış matçı Sumqayıtda “Kapital Bank Arena”da olmalı idi. Lakin “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, “Sumqayıt” oyunun yerinin dəyişdirilməsini istəyib. Azərbaycanı Çempionlar Liqasında təmsil edən Ağdam klubu qrup mərhələsinin İtaliya “Roma”sı ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirməyi uyğun gördüyü üçün bu cür addım atıb. Rəqib komandanın da razılıq məktubunu alan PFL qarşılaşmanın yerinin dəyişdirilməsinə razılıq verib.

Oyuna gəlincə, son çempion “Qarabağ” hələlik itkisiz irəliləyir. Dörd oyundan maksimum xal toplayan Qurban Qurbanovun komandası cəmi 2 qol buraxıb. “Köhlən atlar” hazırda 2-ci pillədə olsalar da, 1 xal geri qaldıqları “Zirə” ilə müqayisədə 1 oyun az keçiriblər.

Hazırda 7 xalla 5-ci sırada olan “Sumqayıt” isə fərqli qrafik cızır. Samir Abasovun baş məşqçisi olduğu komanda 5 oyundan 2-də uduzub, 2 dəfə 3 xala sevinib və ötən turu heç-heçə ilə başa vurub.

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr

19:00. “Qarabağ” - “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Son xəbərlər

Orphus sistemi