Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək AZAL "Zirə" ilə qarşılaşacaq
Futbol
24 Oktyabr , 2016 08:00
Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə bir qarşılaşma oynanılacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL Zirənin eyniadlı komandasını qəbul edəcək. Qonaq komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə turnir cədvəlindəki hazırkı mövqeyini yaxşılaşdıraraq 4-cü pilləyə yüksələcək. Ən yaxın qonşusu ilə 4 xal fərqi olan AZAL isə qələbə sayəsində yalnız "Sumqayıt"a yaxınlaşacaq.

Komandalar bu günədək ölkə çempionatlarında 5 oyun keçiriblər. Bu görüşlərin 3-ü "Zirə"nin, 1-i isə AZAL-ın qələbəsi ilə başa çatıb. Bir oyunda isə bərabərlik qeydə alınıb. Tərəflərin görüşündə meydan sahibi olan komanda indiyədək məğlub olmayıb. Son 3 matçda hər iki klub qol vurub.

Turun son oyun günündə iki görüş olacaq. "Sumqayıt" "Qəbələ"ni, "Neftçi" isə "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, IX tur

24 oktyabr

16:00. AZAL - "Zirə"

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. "AZAL Arena"

Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" və "İnter" komandaları qarşılaşıb. Gəncədə baş tutmuş görüşdə hesba açılmayıb.

Son xəbərlər

Orphus sistemi