Yuxarı

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək

İlk oyunlardan 2-si bölgələrdə baş tutacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. "Report"un məlumatına görə, X turun oyunlarından ilk 3-dən 2-si bölgələrdə baş tutacaq.

Ötən turu qələbə ilə başa vurmuş "Sumqayıt" və AZAL komandaları səfər matçlarına çıxacaqlar. "Gənclik şəhəri" təmsilçisi "Xəzər Lənkəran"ın, "təyyarəçilər" isə "Qəbələ"nin qonağı olacaq. Daha bir oyun isə mövsümün debütantları "Zirə" və "Kəpəz" arasında baş tutacaq.

Bu qarşılaşmaların ardından "Neftçi" və "Qarabağ" səhnəyə çıxacaq. Flaqman "İnter"i, Ağdam komandası isə autsayder "Rəvan"ı qəbul edəcək.

28 oktyabr (çərşənbə)

17:00. "Xəzər Lənkəran” – "Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

"Xəzər Lənkəran” mərkəzi stadionu

Əvvəlki qarşılaşmalar: 15 oyun, +7=5-3, top fərqi 24-17

“Sumqayıt” son 6 matçda meydanı qolsuz tərk etməyib. Son 3 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.

17:00. "Qəbələ” – AZAL (Bakı)

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Qəbələ şəhər stadionu

Əvvəlki qarşılaşmalar: 23 oyun, +7=7-9, top fərqi 25-32

“Qəbələ” ardıcıl 2 quru hesablı qələbə qazanıb. Son 7 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. AZAL son 3 səfərdə məğlub olmayıb.

17:00. "Zirə” (Bakı) – "Kəpəz” (Gəncə)

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Gülağa Cabarov

Zirə İdman Kompleksinin stadionu

Əvvəlki qarşılaşmalar: 1 oyun, +0=1-0, top fərqi 1-1

Komandalar arasında yeganə oyun cari mövsüm baş tutub. Həmin matçda hərəyə 1 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Rəqiblər ilk dəfə Bakıda üz-üzə gələcək.

19:00. "Neftçi” (Bakı) – "İnter” (Bakı)

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Bakcell Arena”

Əvvəlki qarşılaşmalar: 44 oyun, +19=13-12, top fərqi 61-45

“İnter” ardıcıl 4 qələbə qazanıb. Son 3 qarşılaşmada qol vurmayan “Neftçi” 8 oyundur paytaxt derbisində qalib gələ bilmir.

19:00. "Qarabağ” (Ağdam) – "Rəvan” (Bakı)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Vüsal Əliyev

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

Əvvəlki qarşılaşmalar: 9 oyun, +5=4-0, top fərqi 16-6

“Qarabağ” son 3 oyunda qələbə qazanıb. “Rəvan” əvvəlki 9 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi 4 səfər oyununda cəmi 1 qol vurub.

Premyer Liqa / Turnir cədvəli

Klublar
OQHMT
1"Qəbələ"962117-420
2"Qarabağ"962117-820
3"İnter"95228-617
4"Zirə"94418-616
5"Kəpəz"942310-714
6"Neftçi"92348-109
7"Xəzər92348-139
8"Sumqayıt"91536-98
9AZAL92165-127
10"Rəvan"90274-162

Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 5, Aleksey Qay, Aleksey Antonov (hər ikisi "Qəbələ"), Samuel Armenteros ("Qarabağ") - 4 qol

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi