​Bu gün Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq

​Bu gün Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq Məğlub komanda elit-raunda vəsiqə şanslarını itirə bilər
Futbol
12 Noyabr , 2015 11:14
​Bu gün Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, 5-ci qrupda ikinci turun oyununda rəqib Türkiyə yığması olacaq.

Bayıl stadionunda keçiriləcək qarşılaşmanı Estoniyadan olan Eyko Saar idarə edəcək. Hər iki komanda ilk turu məğlubiyyətlə başa vurub. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Ukraynaya böyük hesabla uduzub - 0:4. "Ay-ulduzlular" isə Bosniya və Herseqovinaya yenilib - 1:2. Tərəflərdən biri yenə uduzsa, elit-raunda vəsiqə şanslarını, demək olar ki, itirəcək. 

Turun digər oyunu Ukrayna ilə Bosniya və Herseqovina yığmaları arasında keçiriləcək. Bu qarşılaşmaya azərbaycanlı hakimlər də təyinat alıb. Mübariz Həşimov yan xətt, Ömər Paşayev isə 4-cü hakim qismində meydana çıxacaq. Qalib komanda növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edəcək. 

Qeyd edək ki, Azərbaycan milli qrupda sonuncu oyununu noyabrın 15-də Bayıl stadionunda Bosniya və Herseqovinaya qarşı keçirəcək. Matçın start fiti saat 18:00-da səslənəcək.

AVRO-2016, 5-ci qrup, II tur

14:00. Bosniya və Herseqovina - Ukrayna

Baş hakim: Tore Hansen (Norveç)

Baş hakimin köməkçiləri: Oysteyn İtterland (Norveç), Mübariz Həşimov (Azərbaycan)

Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)

Bakı. Bayıl stadionu

18:00. Türkiyə - Azərbaycan

Baş hakim: Eyko Saar (Estoniya)

Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Frederik Haket (Fransa)

Dördüncü hakim: Nikolas Raynviy (Fransa)

Bakı. Bayıl stadionu

Xal durumu: Ukrayna - 3. Bosniya və Herseqovina - 3. Türkiyə - 0. Azərbaycan - 0.

Son xəbərlər

Orphus sistemi