​Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

​Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək Həlledici görüşdə "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək
Futbol
25 May , 2016 05:58
​Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

"Report"un məlumatına görə, həlledici görüşdə "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda kuboku qazanacağı təqdirdə tarixində ikinci dəfə qızıl dubl edəcək. Ölkə çempionatının qalibi olan "Qarabağ" bir mövsümü iki kubokla başa vurmuş olacaq. "Neftçi" isə cari mövsümdə çempionatda nümayiş etdirdiyi qeyri-stabil oyun nəticəsində mükafatçılar sırasına düşməməsini yalnız kubok qazanaraq sığortalaya bilər. Bu isə Vəli Qasımovun "ağ-qaralar"da ilk mükafatı olacaq.

Kubokda 11-ci dəfə yolları kəsişən komandalar əvvəlki 10 dueldə 18 matçda üz-üzə gəlib. 6 dəfə "Qarabağ", 4 dəfə isə "Neftçi" mərhələdə qalib gəlib. Bir dəfə (1993/1994) "Neftçi" Azərbaycan çempionatı və kubokunda mübarizəni yarımçıq dayandırdığı üçün 2 oyundan ibarət olan 1/4 final mərhələsinin bu cütündə qarşılaşmalar baş tutmayıb. Texniki nəticələr qələbə sayında hesablanıb. Ümumi qələbə sayında da üstün olan Ağdam klubu 8, paytaxt təmsilçisi 5 dəfə qələbə qazanıb. Kubokdakı son 3 qarşılaşmada hər iki komanda qol vurub.

Sonuncu dəfə komandalar kubokda ötən mövsümün finalında Qəbələ şəhər stadionunda üz-üzə gəlib. Həmin matç "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Kuboku, final

20:00. "Qarabağ" - "Neftçi"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Son xəbərlər

Orphus sistemi