Yuxarı
    Bağlamaq

    Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü açıq elan ediləcək

    “İnter” “Mladost”un qonağı olacağı halda, “Zirə” “Differdanj”ı qəbul edəcək

    Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümü açıq elan ediləcək. 

    “Report”un məlumatına görə, ilkin olaraq “Zirə” və “İnter” komandaları Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

    Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “İnter”in rəqibi Serbiya çempionatında 4-cü yeri tutan “Mladost”dur. Luçani təmsilçisi 65 illik tarixə malik olsa da, avrokuboklarda debüt edir. Bakı klubu isə beynəlxalq arenada təcrübəli kollektivlərdən sayılır. Düzdür, “ağ-göylər” indiyə qədər qrup mərhələsinə vəsiqə qazana bilməyib. Lakin tənsifat mərhələsinin daimi iştirakçılarından hesab edilir.

    Zaur Svanadzenin baş məşqçisi olduğu komanda üçün səfərdə əldə olunacaq bərabərlik uğurlu nəticə sayılacaq. “İnter” qol vurub məğlub olsa belə, cavab qarşılaşmasına cütün favoriti kimi çıxacaq.

    Avrokuboklarda debüt edəcək “Zirə”nin də bəxti gətirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşacaq ki, belə püşkü yalnız arzulamaq olar. Azərbaycan təmsilçisi yarımpeşəkar rəqibini mübarizədən kənarlaşdırmağa çətinlik çəkməməlidir. Özü də, zirəlilər rəqibi “Dalğa Arena”da qəbul etdikləri üçün cütün taleyini elə ilk oyunda həll etməlidirlər.

    Qeyd edək ki, Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Qəbələ”nin potenisal rəqibləri də ilk oyunlarını bu gün keçirəcəklər. Batumi “Dinamo”su Polşanın “Yaqelloniya” komandasını Kutaisi də qonaq edəcək.

    Avropa Liqası

    I təsnifat mərhələsi, ilk oyunlar

    29 iyun

    21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

    Baş hakim: Daniyar Saxi Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov. Dördüncü hakim: Marat İskakov (hakimlər briqadası Qazaxıstandandır) UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə) Hakim-inspektor: İqor Satki (Moldova) Bakı. “Dalğa Arena”

    22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Azərbaycan)

    Baş hakim: Aleksey Matyunin Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov Dördüncü hakim: Yevgeni Turbin (hakimlər briqadası Rusiyadandır) Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya) UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)Luçani. “Mladost” stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi