Bu gün Avropa Liqasının 1/16 mərhələsinin püşkatması keçiriləcək

Bu gün Avropa Liqasının 1/16 mərhələsinin püşkatması keçiriləcək Püşkatma Bakı vaxtı ilə saat 16:00 başlayacaq
Futbol
11 Dekabr , 2017 07:00
Bu gün Avropa Liqasının 1/16 mərhələsinin püşkatması keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

"Report" xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00 başlanacaq püşkatmada komandalar 2 səbətə bölünəcəklər. 

Avropa Liqasında qrup qalibi olan 12 komanda və Çempionlar Liqasında (ÇL) qrup mərhələsini 3-cü sırada tamamlayan 4 ən yaxşı kollektiv “səpələnmişlər”i təşkil edəcəklər. “Səpələnməmişlər” isə Avropa Liqasında qrupu 2-ci sırada başa vuranlar və ÇL-də 3-cü yeri tutan digər 4 komanda olacaq. 

Qaydalara əsasən, eyni assosiasiyadan və eyni qrupdan olan klublar bir-biriləri ilə düşə bilməzlər. Həmçinin UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, Rusiya və Ukrayna təmsilçiləri rəqib olmayacaqlar. 

“Səpələnmişlər”: "Milan" (İtaliya), "Arsenal" (İngiltərə), "Atalanta" (İtaliya), "Atletik" (İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Braqa" (Portuqaliya), MOİK (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Latsio" (İtaliya), "Leyptsiq" (Almaniya), "Lokomotiv" (Moskva, Rusiya), "Viktoriya" (Çexiya), "Zalsburq" (Avstriya), "Sportinq" (Portuqaliya), "Vilyarreal" (İspaniya), "Zenit" (Rusiya)

“Səpələnməmişlər”: AEK (Afina, Yunanıstan), "Astana" (Qazaxıstan), "Seltik" (Şotlandiya), "Srvena Zvezda (Serbiya), "Borussiya" (Dortmund, Almaniya), "Styaua" (Rumıniya), "Kopenhagen" (Danimarka), "Lüdoqorets" (Bolqarıstan), "Lion" (Fransa), "Marsel" (Fransa), "Napoli" (İtaliya), "Nitsa" (Fransa), "Ostersun" (İsveç), "Partizan" (Serbiya), "Real Sosyedad" (İspaniya), "Spartak" (Moskva, Rusiya). 

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2018-ci il fevralın 15-də, cavab matçları isə fevralın 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi