Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.
Futbol
15 Fevral , 2018 08:18
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçiriləcək.

“Report” xəbər verir ki, qitənin müxtəlif ölkələrində ümumilikdə 15 matç baş tutacaq. “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı “Kopenhagen”lə qrupda hər iki qarşılaşamada heç-heçə etdiyi “Atletiko” Danimarkada üz-üzə gələcək.

Gecənin görüşlərindən "Borussiya" - "Atalanta", “Spartak" - "Atletik", "Lion" - "Vilyarreal" və "Napoli" - "Leyptsiq" duelləri də maraq doğurur.

Qeyd edək ki, 1/16 finalın ilk oyunu fevralın 13-də Serbiyada “Srvena Zvezda” ilə Rusiyanın MOİK komandaları arasında olub və qalib müəyyənləşməyib – 0:0.

Avropa Liqası

1/16 final, ilk oyunlar

15-16 fevral

20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)

22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)

22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə)

22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya)

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

22:00. "Real Soseydad" (İspaniya) - "Zalsburq" (Avstriya)

22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya)

00:05. "Styau" (Rumıniya) - "Latsio" (İtaliya)

00:05. "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)

00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)

00:05. AEK (Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna)

00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)

00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)

00:05. "Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya)

Son xəbərlər

Orphus sistemi