Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə start veriləcək.
“Report”un məlumatına görə, ilk oyun günündə bir matç baş tutacaq. Serbiyada “Srvena Zvezda” Rusiyanın MOİK komandasını qəbul edəcək.
Qeyd edək ki, 1/16 finalın digər ilk oyunları fevralın 15-də keçiriləcək.
Avropa Liqası
1/16 final mərhələsi, ilk oyun
13 fevral
21:00. “Srvena Zvezda” (Serbiya) – MOİK (Rusiya)
Baş hakim: Pavel Raçkovski (Polşa)