Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşəcək.
"Report"un məlumatına görə, yarımfinalda Portuqaliya və Uels yığmaları qarşılaşacaq.
Qrup mərhələsini 3-cü pillədə başa vuraraq 1/8 finala yüksələn Portuqaliya ardıcıl olaraq Çexiya və Polşa komandalarını mübarizədən kənarlaşdırıb. B qrupunda lider olmuş Uels isə Şimali İrlandiya və Belçika yığmaları üzərində qələbə qazanaraq yarımfinalda iştirak hüququ əldə edib.
Bu görüşdə qələbə qazanan komanda finalda Almaniya-Fransa cütünün qalibi ilə görüşəcək.
Avropa çempionatı, yarımfinal mərhələsi
23:00. Portuqaliya-Uels
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Martsinyak
Ehtiyat köməkçi hakim: Pavel Sokolniçki (hər ikisi Polşa)
Lion. Lion stadionu