Yuxarı

​Bu gün avrokuboklarda 1/4 final mərhələsinin püşkü atılacaq

Hər iki turnirdə cütlüklərin tərkibi kor püşklə müəyyənləşəcək

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa kuboklarında 1/4 final mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, hər iki turnirdə cütlüklərin tərkibi "kor püşk"lə müəyyənləşəcək.

Yəni, bu zaman eyni ölkənin iki komandasının bir-biri ilə üz-üzə gəlmə ehtimalı da olacaq. 

Əvvəlcə, Çempionlar Liqasındakı 4 cütlüyün tərkibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 5 ölkə klubu iştirak edəcək. Bunlar İspaniyanın "Real Madrid", "Barselona", "Atletiko Madrid", Almaniyanın "Bavariya", "Volfsburq", İngiltərənin "Mançester Siti", Fransanın PSJ və Portuqaliyanın "Benfika" klublarıdır. İlk oyunlar 5-6 apreldə, cavab görüşləri isə 12-13 apreldə keçiriləcək.

Saat 16:00-da başlanacaq Avropa Liqasının 1/4 final mərhələsinin püşkatmasına İspaniyanın "Atletik", "Vilyarreal" və "Sevilya", İngiltərənin "Liverpul", Almaniyanın "Borussiya" (Dortmund), Ukraynanın "Şaxtyor", Çexiyanın "Sparta" və Portuqaliyanın "Braqa" komandaları qatılacaq. İlk oyunlar aprelin 7-də, cavab görüşləri isə aprelin 14-də keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İsveçrənin Bazel, Çempionlar Liqasının finalı İtaliyanın Milan şəhərində təşkil olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi