Bu gün AVRO-2016-nın final mərhələsinə daha 2 vəsiqə sahibini tapacaq

Bu gün AVRO-2016-nın final mərhələsinə daha 2 vəsiqə sahibini tapacaq Postsovet məkanından Fransaya yollanmağa Rusiya və Ukrayna iddialıdır
Futbol
12 Oktyabr , 2015 11:13
Bu gün AVRO-2016-nın final mərhələsinə daha 2 vəsiqə sahibini tapacaq

Bakı. 12 oktyabr. REPORT.AZ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə mərhələsində son turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 3 qrupda 9 qarşılaşma baş tutacaq.

Bu qruplardan hələlik İspaniya, İngiltərə, İsveçrə və Avstriya Fransada keçiriləcək final mərhələsinə vəsiqəni təmin edib. Qalan 2 vəsiqənin sahibi C və G qruplarında sahibini tapacaq. Bu vəsiqələrdən birinə Ukrayna ilə Slovakiya iddialıdır. Postsovet məkanı təmsilçisi son Avropa çempionu İspaniyanı qəbul edəcəyindən, işi daha çətin görünür. Baş məşqçi Yan Kozakın komandası isə hazırda ikinci pillədə olduğundan və səfərdə "cırtdanlar"dan sayılan Lüksemburqla qarşılaşacağından, Fransaya vəsiqəyə xeyli yaxındır.

İkinci pillənin taleyinin hələ müəyyənləşmədiyi digər qrupda Rusiya ilə İsveç yığmaları final mərhələsinə daha iddialıdır. Qonşu ölkə millisi Monteneqronu qəbul edəcək. Skandinaviyalılar isə Moldovanın qonağı olacaqlar. Rəqibi hətta "pley-off" şanslarını itirdiyindən və skandinaviyalılarla şəxsi göstəricilərdə üstün olduğundan (1:1, 1:0), Rusiya millisinə heç-heçə də kifayət edir.

Qeyd edək ki, hələlik 16 ölkə AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanıb. Bunlar İspaniya, İngiltərə, İsveçrə və Avstriyadan əlavə, təşkilatçı Fransa, eləcə də İslandiya, Çexiya, Belçika, Uels, Almaniya, Polşa, Şimali İrlandiya, Rumıniya, İtaliya, Portuqaliya və Albaniyadır.

C qrupu

23:45. Luksemburq - Slovakiya

Baş hakim: Oliver Draxt (Avstriya)

Luksemburq. Jozi Bartel Stadionu

23:45. Belarus - Makedoniya

Baş hakim: Kristian Dinqert (Almaniya)

Borisov. "Borisov Arena"

23:45. Ukrayna - İspaniya

Baş hakim: Milorad Majiç (Serbiya)

Kiyev. Olimpiya Stadionu

Xal durumu: İspaniya - 24, Slovakiya - 19, Ukrayna - 19, Belarus - 10, Luksemburq - 4, Makedoniya - 3.

E qrupu

23:45. San Marino - Sloveniya

Baş hakim: Aleksandr Stavrev (Aleksandar Stavrev)

Serravalle. "San Marino" Stadionu

23:45. Estoniya - İsveçrə

Baş hakim: Pol van Bukel (Hollandiya)

Tallin. A Le Kok Stadionu

23:45. Litva - İngiltərə

Baş hakim: Kenn Hansen (Danimarka)

Vilnüs. FFL Stadionu

Xal durumu: İngiltərə - 27, İsveçrə - 18, Sloveniya - 13, Estoniya - 10, Litva - 10, San Marino - 1.

G qrupu

21:00. Avstriya - Lixtenşteyn

Baş hakim: Miroslav Zelinka (Çexiya)

Vena. Ernst Xappel Stadionu

21:00. İsveç - Moldova

Baş hakim: Luka Banti (İtaliya)

Solna. "Frends Arena"

21:00. Rusiya - Monteneqro

Baş hakim: Sveyn Moen

Moskva. "Otkrıtıye Arena"

Xal durumu: Avstriya - 25, Rusiya - 17, İsveç - 15, Monteneqro - 11, Lixtenşteyn - 5, Moldova - 2.

Qeyd edək ki, AVRO-2016-nın seçmə qrup mərhələsinin son oyunları oktyabrın 13-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi