Yuxarı

Bu gün AVRO-2016-nın növbəti turunun son oyunları keçiriləcək

Rusiya millisi yeni baş məşqçinin rəhbərliyi altında debüt edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində 7-ci turun son oyunları keçiriləcək. "Report"un məlumatına görə, 3-cü oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.

Onların arasında son qitə çempionu İspaniya ilə yer aldığı qrupun lideri Slovakiya arasındakı ev oyunu daha çox diqqət mərkəzində olacaq. Hazırda iki komanda arasında cəmi 1 xal fərq var. Qələbə təqdirində, baş məşqçi Visente del Boskenin komandası liderliyi ələ almaqla yanaşı, final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edə bilər.

Diqqət mərkəzindəki digər matç isə Rusiya - İsveç qarşılaşmasıdır. Qonşu ölkə Zlatan İbrahimoviç və onun komandası önünə yeni baş məşqçi Leonid Slutskinin rəhbərliyi altında çıxacaq. Hazırda İsveç Rusiyanı 4 xal qabaqlayır. Qələbə təqdirində, Slutskinin komandası fərqi minimuma endirərək, qrupdan birbaşa vəsiqəyə imkan verən ilk 2 pilləyə iddiasını davam etdirəcək.

5 September 2015

C qrupu

21:00. Lüksemburq - Makedoniya

Baş hakim: Li Evans (Uels)

Lüksemburq, "Jozi Bartel" stadionu

21:00. Ukrayna - Belarus

Baş hakim: Liran Liani (İsrail)

Lvov, "Arena Lvov"

23:45. İspaniya - Slovakiya

Baş hakim: Damir Skomina (Sloveniya)

Ovyedo, "Nuevo Karlos Tartye" stadionu

Xal durumu: Slovakiya - 16, İspaniya - 15, Ukrayna - 12, Belarus - 4, Makedoniya - 3, Lüksemburq - 1.

E qrupu

21:00. San Marino - İngiltərə

Baş hakim: Leontios Trattu (Kipr)

Serravalle, "San Marino" stadionu

21:00. Estoniya - Litva

Tallin, "A. Le Koq Arena"

Baş hakim: Oliver Draxta (Avstriya)

23:45. İsveçrə - Sloveniya

Baş hakim: Pavel Kralovets (Çexiya)

Bazel, "Sent Yakob Park"

Xal durumu: İngiltərə - 18, İsveçrə - 12, Sloveniya - 9, Estoniya - 7, Litva - 6, San Marino - 1.

G qrupu

21:00. Rusiya - İsveç

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Moskva, "Otkrıtie Arena"

23:45. Austria - Moldova

Baş hakim: Aleksandr Stavrev (Makedoniya)

Vyana, "Ernst-Happel" stadionu

23:45. Monteneqro - Lixtenşteyn

Baş hakim: Xavyer Estrada Fernandes (İspaniya)

Podqoritsa, "Qradski" stadionu

Xal durumu: Avstriya - 16, İsveç - 12, Rusiya - 8, Monteneqro - 5, Lixtenşteyn - 5, Moldova - 2. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi