​Bu gecə Avropa Liqasının finalçıları müəyyənləşəcək

​Bu gecə Avropa Liqasının finalçıları müəyyənləşəcək Oyunların biri Ukrayna, digəri isə İtaliyada keçiriləcək
Futbol
14 May , 2015 09:02
​Bu gecə Avropa Liqasının finalçıları müəyyənləşəcək

Bakı. 14 may. REPORT.AZ/ Bu gecə futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək. "Report"un məlumatına görə, oyunların biri Ukrayna, digəri isə İtaliyada keçiriləcək.

İspaniyanın "Sevilya" klubu səfərdə İtaliya "Fiorentina"sı ilə münasibətlərinə aydınlıq gətirəcək. İspaniyada keçirilmiş ilk oyunda rəqib qapısından 3 cavabsız top keçirən "Sevilya" meydana üstün tərəf olaraq çıxacaq.

Digər oyunda isə Ukrayna "Dnepr"i ilə daha bir İtaliya təmsilçisi "Napoli" qarşılaşacaq. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alındığından, Ukraynada keçiriləcək görüşdə qolsuz bərabərlik "Dnepr"i finala çıxaracaq. "Napoli" isə mübarizəni davam etdirmək üçün ən azından rəqib qapısına yol tapmalıdır.

İtaliyada keçiriləcək matçı Sloveniyadan olan hakim Damir Skomina, Ukraynadakı oyunu isə serbiyalı Milorad Majiç idarə edəcək.

Avropa Liqası, 1/2 final

Cavab oyunları

00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

00:05. "Dnepr" (Ukrayna) - "Napoli" (İtaliya)

Baş hakim: Milorad Majiç (Serbiya)

Qeyd edək ki, final matçı mayın 27-də Polşanın paytaxtı Varşavada yerləşən Milli Stadionda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi