Yuxarı

​Bu axşam "Real" və "Mançester Siti" Çempionlar Liqasında ikinci finalçını müəyyən edəcək

Matç İspaniyanın Madrid şəhərində keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" kollektivi qəbul edəcək.

İngiltərədə keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alındığından, qonaqları cavab matçında qollu bərabərlik də qane edir. Madrid təmsilçisi isə adını finala yazdırmaq üçün mütləq qələbə qazanmalıdır. Oyunda qol vurulmasa, komandalar əlavə vaxtda güclünü müəyyənləşdirməli olacaq. "Real Madrid"in heyətində Kərim Benzema və Kasemiro meydana çıxmayacaq. "Mançester Siti" isə Yaya Turenin xidmətindən məhrum olub.

Qalib komanda finalda "Atletiko Madrid"lə qarşılaşacaq.

Çempionlar Liqası, yarımfinal mərhələsi, cavab oyunu

22:45. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. Santiyaqo Bernabeu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi