Yuxarı
    Bağlamaq

    BŞH-nın əməkdaşları xeyriyyə məqsədi ilə “Bakı Marafonu 2017”də iştirak edəcəklər

    23 əməkdaş yarışa “Sağlamlıq naminə qaç!” devizi altında qatılacaq

    Bakı. 28 aprel. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) 23 əməkdaşı “Bakı Marafonu 2017”də iştirak edəcək. Qurumdan “Report”a verilən məlumata görə,“Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulan BŞH-nin əməkdaşları qaçış kampaniyası çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən 9 yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.

    Əməliyyat şirkəti 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün 3500 manat vəsait toplamışdı. İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan 3500 manatlıq vəsaiti yığmağa çalışır. Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim olunacaq.

    Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi