Brunu Fernandeş: "Bakıdakı oyunda daha güclü idik"

Brunu Fernandeş: "Bakıdakı oyunda daha güclü idik" "Avropa Liqasının finalı bizim üçün xəyal yox, məqsəd olmalıdır"
Futbol
30 Noyabr , 2018 14:07
Brunu Fernandeş: Bakıdakı oyunda daha güclü idik
0 : 00
0 : 00

Bakı. 30 noyabr. REPORT.AZ/ “Təəssüratlarımız çox müsbətdir. Əsas məqsədimiz qrupdan çıxmaq idi ki, bunu bacardıq. Qrupumuz çətin idi, çünki uzun səfərlər etməli olduq. Ukraynada "Vorskla" ilə matçda çətin anlar yaşadıq, amma buradakı oyunda daha güclü idik". 

"Report" xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin futbolçusu Brunu Fernandeş Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib. Matçın 20-ci və 75-ci dəqiqələrində fərqlənən 24 yaşlı yarımmüdafiəçi Avropa Liqasındakı gələcək məqsədlərindən də danışıb: "Düşünürəm ki, Avropa Liqasının finalı bizim üçün xəyal yox, məqsəd olmalıdır. Növbəti mərhələdə Çempionlar Liqasından da gələn komandalar yarışa qoşulacaqlar və bu da bizə əlavə motivasiya verir. Güclü komandalarla qarşılaşıb onları məğlub etmək üçün yaxşı komandamız var".

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi