Britaniyanın iki bankı FİFA-da korrupsiya qalmaqalı ilə bağlı yoxlamaya başlayır

Britaniyanın iki bankı FİFA-da korrupsiya qalmaqalı ilə bağlı yoxlamaya başlayır Hələlik bankların heç birinə qarşı ittiham irəli sürülməyib
Futbol
31 May , 2015 22:36
Britaniyanın iki bankı FİFA-da korrupsiya qalmaqalı ilə bağlı yoxlamaya başlayır

Bakı. 31 May. REPORT.AZ/ Britaniyanın iki bankı futbol federasiyasında bir il ərzində bu iki maliyyə təsisatı vasitəsilə edildiyi iddia edilən korrupsiya transaksiyaları ilə bağlı yoxlamaya başladığını bildirib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Barclays və Standard Chartered ABŞ-ın keçən həftə açıqladığı ittihamnamədə FİFA-nın media və marketinq rəsmilərinin federasiyada 150 milyon dollarlıq korrupsiya qalmaqalı ilə bağlı adları çəkilən banklar arasındadır.

Hələlik bankların heç birinə qarşı ittiham irəli sürülməyib.

Lakin ittihamnamə elan edilən zaman ABŞ prokuroru Kelli Kürri deyib ki, təhqiqatın bir hissəsi olaraq maliyyə təsisatlarının bu rüşvət transaksiyalarına kömək etdiyi faktını bilib-bilmədiyi araşdırılacaq. “Hələlik problemli davranışın olduğunu demək tezdir”-deyə o bildirib.

Cümə günü Britaniyada ciddi fırıldaqçılıq hallarının araşdırıldığı idarə əldə edilən materialların öyrənildiyini və beynəlxalq cinayətə dair təhqiqata yardım etməyə hazır olduğunu bildirib.   

Son xəbərlər

Orphus sistemi